Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Türkiyə münasibətləri müzakirə edilib VİDEO

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" adlı dəyirmi masa təşkil olunub.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada "Yeni geosiyasi reallıqlar və Azərbaycan-Türkiyə münasibətləri", "Türkiyə - Azərbaycan münasibətlərində liderlərarası diplomatiya: 2020-2025", "Türkiyədə Qərbi Azərbaycan məsələsinə baxış", "Qarabağ Zəfəri sonrası Türkiyə - Mərkəzi Asiya münasibətləri: Təhdidlər və fürsətlər", "Qarabağ Zəfəri və Suriyadakı çevrilişdən sonra Azərbaycan - İran - Türkiyə münasibətləri", "Donald Tramp dövründə Türkiyə - ABŞ münasibətləri", "Nikol Paşinyan - müxalifət rəqabəti və Ermənistanın gələcəyi: Türkiyədən baxış" mövzuları müzakirə edilib.

Azərbaycan və Türkiyədən olan tanınmış analitiklərin iştirak etdiyi dəyirmi masada Cənubi Qafqazda və Avrasiya regionunda baş verən son proseslərin iki ölkə arasındakı münasibətlərə təsiri müxtəlif aspektlərdən təhlil olunub.

Dəyirmi masada açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev Azərbaycan - Türkiyə münasibətlərinin konseptual əsasının 90-cı illərdə qoyulduğunu və əlaqələrin 30 il ərzində uğurla inkişaf etdiyini diqqətə çatdırıb: "İki ölkə arasında heç bir problem yoxdur. Bununla yanaşı, yüksək səviyyədə olan münasibətlərimizə zərbə yetirmək məqsədilə beynəlxalq mediada, xüsusən də sosial şəbəkələrdə müəyyən təxribat xarakterli addımları müşahidə edirik. Bu arzuolunmaz halların qarşısını almaq məqsədilə hər iki ölkə analitikləri birgə effektiv tədbirlər həyata keçirməlidirlər”.

BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyevin moderatorluğu ilə keçirilən birinci paneldə çıxış edən Burdur Mehmet Akif Ersoy Universitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi, dosent Esma Özdaşlı 2020-ci ildən sonra formalaşan yeni geosiyasi düzənin Azərbaycan–Türkiyə münasibətlərində yaratdığı fürsət və çağırışları təhlil edib. O, iki ölkə arasındakı münasibətlərin sırf mənfəətlərə əsaslanan ənənəvi dövlətlərarası münasibətlərdən fərqləndiyini, əməkdaşlığın qardaşlıq və dostluğa əsaslandığını bildirib. O, xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığın artan önəmini vurğulayıb.

Ankara Bilim Universitetinin müəllimi Dr.Damla Taşkın ticarət müharibələri, geosiyasi qarışıqlıqlar fonunda Azərbaycan-Türkiyə müttəfiqliyinin optimallaşdırılmasının əhəmiyyətinə toxunub. O, həmçinin 2021-2025-ci illərdə liderlərarası diplomatiyanın iki ölkə arasında əməkdaşlığın dərinləşməsindəki mühüm roluna diqqət çəkib.

Ankara Hacı Bayram Veli Universitetinin müəllimi, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfettin Erol Bakı-Ankara xəttinin regional və qlobal stabillik nöqteyi-nəzərindən əhəmiyyətinə toxunub. Qarabağ Zəfərindən sonra Türkiyə - Mərkəzi Asiya münasibətlərində müşahidə olunan canlanmadan və bu əməkdaşlığın həm fürsətlər, həm də potensial risklər yaratmasından danışıb.

Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi, dosent Levent Ersin Orallı isə çıxışında Qərbi Azərbaycan məsələsinə Türkiyədəki münasibətləri təhlil edib. Onun sözlərinə görə, sözügedən mövzuda Türkiyədə seminarlar təşkil olunmalı, elmi ədəbiyyatda müvafiq işlər görülməli, Azərbaycan dilindəki ədəbiyyatlar Türkiyə türkçəsinə tərcümə edilməli və mediada işıqlandırılmalıdır.

Azərbaycan Turizm və Menecment Universitetinin Strateji inkişaf məsələləri üzrə prorektoru Araz Aslanlı təqdim olunan çıxışların ortaq nöqtəsi kimi Azərbaycan və Türkiyə arasında qarşılıqlı etimad və strateji sinxronlaşmanın regiondakı bütün proseslərə birbaşa təsir göstərdiyini vurğulayıb.

İkinci paneldə isə regional güc balansları, yeni diplomatik təşəbbüslər və qlobal aktorlarla münasibətlər müzakirə edilib.

TEPAV-Türkiyə İqtisadi Siyasətləri Araşdırma Vəqfinin Orta Şərq və Orta Asiya İnstitutunun direktoru Hilmi Demir ikitərəfli münasibətlərə xələl yetirmək məqsədi daşıyan qruplaşmalar, bunun arxasında duran səbəblər barədə geniş təqdimatla çıxış edib.

Necmeddin Erbakan Universitetinin müəllimi, siyasi şərhçi Gökhan Çınkara Azərbaycan-İran-Türkiyə münasibətlərini dəyərləndirərək İranın Cənubi Qafqazdakı strateji maraqlarına və Bakı-Ankara xəttinin bu fonda tutduğu mövqeyə diqqət çəkib.

Strateji Düşüncə İnstitutunun sədr müavini Alper Tan çıxışında Donald Tramp dövründə Türkiyə-ABŞ münasibətlərindəki dönüş nöqtələrini xatırladıb. O, Vaşinqton-Ankara münasibətlərinin Azərbaycan-Türkiyə əməkdaşlığına dolayı təsirlərini təhlil edib.

Avrasiya Araşdırmaları Mərkəzinin eksperti, “Ermeni Araşdırmaları” jurnalının məsul redaktoru Tuğçe Tecimer Ermənistanın daxili siyasətində Baş nazir Nikol Paşinyan və müxalifət arasındakı rəqabətin mümkün ssenarilərinə dair proqnozlar verib. O, bu rəqabətin Türkiyə və Azərbaycanla normallaşma prosesinə təsirlərini təhlil edib.

Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Orxan Vəliyev vurğulayıb ki, dəyişən beynəlxalq münasibətlər sistemi fonunda Azərbaycan və Türkiyə öz milli maraqlarını yalnız qarşılıqlı strateji dəstək yolu ilə qoruya bilər və bu istiqamətdə diplomatik koordinasiya, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.

Yekunda dəyirmi masa iştirakçıları bildiriblər ki, Azərbaycan-Türkiyə münasibətləri ortaq milli kimlik, tarixi bağlar və mədəni faktorlarla yanaşı, həm də real təhlükəsizlik və iqtisadi maraqlara söykənən bir müttəfiqlik modelidir. Mövcud geosiyasi dəyişikliklər bu modelin daha da möhkəmləndirilməsini və yeni sahələrə yönəlməsini zəruri edir.

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Türkiyə münasibətləri müzakirə edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik