Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aşura günü qanvermə ənənəsi: İlahiyyat İnstitutunda izdiham və həmrəylik VİDEO

Bakı, 5 iyul, Göyçək Mahmudlu, AZƏRTAC

Məlum olduğu kimi, bu gün İslam dünyasında zülmə qarşı boyun əyməməyin, haqq yolunda sonadək mübarizə aparmağın örnəyi olan, insanlara əzmkarlığı aşılayan Aşura günüdür. İradəsi, mübarizliyi və haqq uğrunda son damla qanınadək döyüşməyi ilə seçilən Azərbaycan xalqı bu günü İslam dininin təməl prinsiplərinə uyğun olaraq xeyirxahlıq, ehtiyacı olan insanlara dəstək və humanizm keyfiyyətlərini əks etdirən tədbirlərlə qeyd edir. Artıq bir neçə ildir ki, ölkəmizdə Aşura günündə vətəndaşlar öz qanı ilə digərlərinə həyat bəxş etməyi, onların yaşamaq, cəmiyyətin bir fərdi kimi Vətənə, xalqa fayda vermək amalları uğrunda mübarizəsinə dəstək olmağı seçiblər.

Bu il də vətəndaşlar üçün həmin nəcib təşəbbüsdə fəal iştirak etmək üçün ölkənin dörd bir yanında, o cümlədən azad edilmiş ərazilərdə də şərait yaradıldı.

AZƏRTAC xəbər verir ki, iyulun 5-də Azərbaycan İlahiyyat İnstitutunda keçirilən qanvermə aksiyasında da izdiham müşahidə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Səhiyyə Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Aşura günündə keçirilən aksiyada dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də 100-dək könüllü və ictimaiyyət nümayəndələri iştirak ediblər. Hər yaş qrupundan olan vətəndaşlar İslam dininin əsl mahiyyətini dünyaya çatdırmaq və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq öz həmyerlilərinə dəstək olmaq üçün həmrəylik nümayiş etdiriblər.

Bu il ilk dəfə olaraq qanvermə məntəqələrinin siyahısına Şuşa və Ağdam məscidləri də daxil edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov AZƏRTAC-a müsahibəsində səhər saatlarından Azərbaycan İlahiyyat İnstitutunda başlayan qanvermə aksiyasında iştirak edənlərin, xüsusilə də gənclərin sayının çoxluq təşkil etməsinin sevindirici hal olduğunu qeyd edib:

“Azərbaycanda Aşura günündə qanvermə aksiyalarının keçirilməsi artıq ənənə halını alıb. Əsası bir neçə il öncə qoyulan həmin ənənə ildən-ilə genişlənir və qanvermə aksiyası keçirilən məntəqələrin sayı artır. Bu il qanvermə aksiyaları 40-a yaxın məntəqədə təşkil edildi. Təbii ki, aksiyanın əsas təşkilatçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsidir. Bundan əlavə, digər qurumlar da bu prosesə qoşuldular. Gənclərin və Qeyri-Hökumət Təşkilatlarının aktivliyi müşahidə olundu. Sevindirici haldır ki, bu il ilk dəfə olaraq qanvermə məntəqələrinin siyahısına Şuşa və Ağdam məscidləri də daxil edildi. Şəhidlərimizin qanı ilə aldığımız torpaqlara köçən insanlar hemofiliya və talassemiyadan, eləcə də digər xəstəliklərdən əziyyət çəkənlər üçün qanvermə aksiyasına qoşuldular. Bu, bizim üçün həm sevindirici, həm də qürurverici haldır.

İmam Hüseyn əzadarlığına ən uyğun formada seçilmiş olan qanvermə aksiyası həm İslamın, həm də Azərbaycan xalqının mədəniyyəti və mənəviyyatının təcəssümü baxımından təqdirəlayiqdir. Qanvermə aksiyasında vətəndaşların fəal iştirakı üçün ilboyu din xadimləri, dini icmalar və qeyri-hökumət təşkilatları ilə birgə təbliğat işləri aparılır. Nəticədə hər il aksiyada iştirak edənlərin sayı artır.

Azərbaycan İlahiyyat İnstitutu iki ildir ki, bu aksiyaya qoşulub. Bu da çox önəmli məqamdır. Çünki Azərbaycan İlahiyyat İnstitutu ölkəmizdə ali dini təhsil verən yeganə ali təhsil müəssisəsidir. Bu sahədə peşəkar kadrlar məhz burada hazırlanır. Bu baxımdan prosesin məhz burada təhsil alan gənclərin gözü qarşısında baş verməsi və onların aktiv şəkildə iştirakı təqdirəlayiq haldır. İlkin təəssüratlar ondan ibarətdir ki, respublikada qanvermə aksiyası keçirilən bütün məntəqələrin qarşısı izdihamlıdır”.

Könüllülər öz qanı ilə həyat xilas etməyə könüllü şəkildə qoşulublar

İlk dəfədir qanvermə aksiyasına qoşulan könüllü gömrükçü Esmira Məmmədova deyib: “İslam dini özündə humanistliyi, xeyriyyəçiliyi, başqalarına yaxşılıq etməyi buyurur. Biz də bu gün ehtiyacı olan insanlara qan verməyə gəldik. Üç aydır könüllü kimi fəaliyyət göstərirəm. Bu gün könüllülük üçün vacib şərtlərdən olan xeyirxahlıq və təmənnasız yardım dəyərlərinə sadiq qalaraq könüllü şəkildə qan verdik. Vətəndaşları, həmyaşıdlarımızı dinimizin bizə aşıladığı kimi ehtiyacı olan insanları sevindirməyə, savab qazanmağa və İslamın düzgün təbliğinə, bu günün mahiyyətini dərindən çatdırmağa töhfə verməyə çağırıram”.

Digər könüllü gömrükçü Sayalı Əsədova isə aksiyada iştirakın onun üçün sadə bir hadisə olmadığını vurğulayıb: “Qan vermək insan həyatını xilas edə biləcək ən gözəl addımlardan biridir. Üstəlik bu gün Aşura günüdür və onun mənəvi dəyəri də var. Düşünürəm ki, insan bir başqasına yardım edə bilirsə, həmin fürsəti dəyərləndirməlidir. Bəzən kiçik bir şey etdiyimizi düşünürük, amma olsun ki, verdiyimiz qan bir uşağın, bir ananın, bir insanın həyatını dəyişəcək. Könüllü olmaq mənə bu cür savab və mənalı işlərin içində olmaq fürsəti verir və bu, məni çox xoşbəxt edir”.

Qeyd edək ki, Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən həyata keçirilən qanvermə prosesində toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, bu gün qanvermə aksiyaları Şuşa, Ağdam şəhərləri, Naxçıvan Muxtar Respublikası daxil olmaqla ölkəmizin müxtəlif şəhər və rayonlarında təşkil edilib.

 

Aşura günü qanvermə ənənəsi: İlahiyyat İnstitutunda izdiham və həmrəylik VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp telefonda Ukrayna, İran və ikitərəfli münasibətləri müzakirə ediblər

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb