Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik tədbirləri davam etdirir VİDEO
Bakı, 29 iyul, AZƏRTAC
Polis əməkdaşları paytaxt ərazisində ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.
Sürücülərə qanunvericiliyin tələbləri izah edilərək qayda pozuntularının digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükələr yaratdığı diqqətə çatdırılır.
Bu cür neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.