Tarixin çətin sınaqlarından keçmiş Dövlət Bayrağımız VİDEO
Bakı, 9 noyabr, AZƏRTAC
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cümhuriyyətimizin əsas rəmzi olan bayraq haqqında qərar da elə həmin il verildi. Azərbaycanın müvəqqəti hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiqlənməsi haqqında qərar qəbul etdi.
Daha ətraflı AZƏRTAC-ın videoreportajında izləyə bilərisiniz.