Qazaxda avtomobil divara çırpılıb, ölən və xəsarət alan var VİDEO
Qazax, 20 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolu kənarındakı divara çırpılıb. Qəza zamanı 24 yaşlı N.Alıyev elə hadisə yerində həyatını itirib.1996-cı il təvəllüdlü M.Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb. Dərhal yaralıya yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:49]
Babək rayonunda üçəm dünyaya gəlib
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [11:55]
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb
- 12.10.2026 [11:46]
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb
- 11.10.2026 [21:08]