Azərbaycanlı rəssam Hollivudda öz əsərlərindən ibarət muzey açıb VİDEO
Vaşinqton, 29 dekabr, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki Hollivud bölgəsində azərbaycanlı rəssam Nazim Hajıyevin əsərlərindən ibarət daimi vernisaj (muzey) açılıb.
AZƏRTAC-a məlumat verən rəssam bildirib ki, muzey dekabrın 21-dən fəaliyyətə başlayıb.
Muzeyin açılış mərasimində Hollivud administrasiyasının təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri, o cümlədən prodüser Aleks Volman və Qərbi Hollivud Şəhər Şurasının üzvü Denni Hanq da iştirak ediblər.
Muzeydə rəssamın 1997-2022-ci illərdə çəkdiyi 50-dən çox tablo sərgilənir. Əsərlər Nazim Hajıyevin banisi olduğu ezoterikizm tərzində işlənib. Sərgilənən əsərlər arasında dünyanın ən kiçik yağlı boya tablosu da var.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton