Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlamentin yaz sessiyasında sosial, hüquqi və iqtisadi sahələri əhatə edən qanun layihələri qəbul olunub YENİLƏNİB VİDEO

Bakı, 10 fevral, AZƏRTAC

Fevralın 10-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi zamanı deputatlar ictimai-siyasi həyatda baş verən proseslərlə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışları nəticəsində Cənubi Qafqazda sülh gündəliyi əsas prioritetə çevrilib. Azərbaycan və Ermənistanın siyasi liderlərinin davamlı təmasları dövlətlərarası normallaşma prosesinin ardıcıl və prinsipial xarakter aldığını göstərir. Qarabağ münaqişəsinə son qoyulması, bölgədə sülhün bərqərar olması, nəqliyyat dəhlizlərinin açılması regiona olan marağı əhəmiyyətli dərəcədə artırıb. Regionda baş verən proseslər beynəlxalq təhlükəsizliyə, enerji marşrutlarına, yeni geosiyasi balansın formalaşmasına təsir göstərir. Bu baxımdan, ABŞ-ın Vitse-prezidenti Ceyms Vensin Ermənistana və Azərbaycana səfəri regionda sülhün, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir, Azərbaycanla ABŞ arasında münasibətlərin daha da inkişafına şərait yaradır.

Müzakirələr zamanı gündəmdə olan bir sıra digər məsələlərə də toxunulub. O cümlədən erməni separatçıları ilə bağlı bu günlərdə Bakıda verilən məhkəmə qərarları barədə səsləndirilən fikirlərdə, bu addım ölkəmizin qanun, nizam və sülh üzərində qurulan gələcək üçün çalışdığının göstəricisi kimi dəyərləndirilib. Bununla yanaşı, deputatlar seçiciləri narahat edən bir sıra məqamlara da münasibət bildiriblər.

İclasda 12 məsələnin müzakirə olunacağını deyən Sahibə Qafarova ilk məsələnin beynəlxalq sənədin təsdiq edilməsi ilə bağlı qanun layihəsi olduğunu və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Vurğulayıb ki, Konvensiya bu gün ratifikasiya edildiyi halda Azərbaycan Respublikası bu beynəlxalq sənədi ratifikasiya edən ilk dövlətlərdən biri, potensial olaraq isə ilk dövlət kimi çıxış edə bilər. Bu, ölkəmizin kibercinayətkarlıqla mübarizə sahəsində qabaqcıl və təşəbbüskar mövqeyini nümayiş etdirəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri növbəti məsələnin – “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu və sənəddə təklif edilən dəyişikliklərin dəqiqləşdirmə xarakteri daşıdığını deyib. O, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq, qanun layihəsinin bir oxunuşda qəbul ediləcəyini söyləyib.

Sonra Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Təhsil haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərin mahiyyətini açıqlayıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra komitə sədri Anar İsgəndərov “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O qeyd edib ki, Qanuna bir sıra yeni anlayışların daxil edilməsi təklif olunur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən danışıb. O, sənədin mətnində hər hansı əlavə dəyişikliyin olmadığını bildirib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin növbəti 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyətindən danışıb. O, qanun layihəsi barədə birinci oxunuşda geniş məlumat verildiyini deyərək, təklif olunan dəyişikliklərin elektron ticarət sahəsində vergi nəzarətinin gücləndirilməsini, ölkəmizdə keçiriləcək beynəlxalq tədbir çərçivəsində vergi və gömrük güzəştlərinin tətbiqini, dövlət sektorunda mərkəzləşdirilmiş nəzarət mexanizminin və uçot sisteminin təkmilləşdirilməsini əhatə etdiyini xatırladıb.

Vergi-gömrük güzəştləri çərçivəsində hansı malların idxal ediləcəyi və nəzarətin necə olacağı məsələsi ilə bağlı bildirilib ki, azadolma yalnız müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında tətbiq olunacaq. Həmçinin tədbirin təşkili və icrasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət ediləcəyi qeyd olunub.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Daha sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

O, diqqətə çatdırıb ki, təklif edilən dəyişikliklərdə onkoloji xəstələrə göstərilən tibbi yardımın dövlət onkoloji tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələri tərəfindən də həyata keçirilməsi ehtiva olunur. Komitə sədri sənədlə bağlı əlavə rəy və təkliflərin daxil olmadığını söyləyərək, onun növbəti dəfə dəstəklənməsini xahiş edib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sahibə Qafarova gündəliyin növbəti 5 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu diqqətə çatdırıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının tələblərinə uyğun olaraq, Cinayət Məcəlləsində "kompüter sistemi" ifadəsi "İKT sistemi", "kompüter məlumatları" isə "elektron verilənlər" terminləri ilə əvəz edilir. Eyni zamanda, qanunvericiliyə "trafik verilənləri", "abunəçi məlumatları", "məzmun verilənləri" və "xidmət provayderi" kimi yeni hüquqi anlayışlar daxil edilir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. Onun təklifi ilə həmin layihələrin təqdimatı və müzakirəsi birgə keçirilib.

Layihələr barədə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.

Gündəliyin doqquzuncu məsələsi olan “Uşaq hüquqları haqqında” qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri bildirib ki, mövcud qanundan fərqli olaraq, təqdim olunan layihə, uşaq hüquqlarının reallaşdırılması, müdafiəsi, monitorinqi və bərpası mexanizmlərini ətraflı tənzimləyir. Bu baxımdan yeni layihə funksional və icraedici normativ akt xarakteri daşıyır.

Gündəliyin onuncu məsələsi olan Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) “Uşaq hüquqları haqqında" yeni qanun layihəsindən irəli gələrək hazırlanıb.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qanun layihəsinin hazırlanması prosesində aparılan araşdırmaları, eləcə də müvafiq qurumların və ictimaiyyətin rəy və təkliflərinin nəzərə alındığını diqqətə çatdırıb.

Növbəti məsələ - “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib.

Qeyd olunub ki, qanun layihəsi kino istehsalı sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, anlayışların dəqiqləşdirilməsinə və dövlət dəstəyinin institusional mexanizmlərinin genişləndirilməsinə və investisiya cəlbediciliyinin artırılmasına xidmət edir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda mədəniyyət nazirinin müavini Fərid Cəfərov deputatların səsləndirdiyi fikirlərin və təkliflərin əhəmiyyətini qeyd edib. Bildirib ki, layihə son illərdə bu sahədə müşahidə olunan yüksək dinamikanın qorunmasına, milli filmlərimizin beynəlxalq səviyyədə təqdim olunmasına, eyni zamanda, ölkəmizdə xarici film istehsalının təşviqinə ciddi təkan verəcək.

Gündəliyin sonuncu məsələsi olan “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.

O bildirib ki, yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanan qanun layihəsində üç mühüm dəyişiklik təklif olunub.

Birinci dəyişiklik “avtomagistral” anlayışının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlıdır.

İkinci dəyişiklik cərimə meydançaları ilə bağlıdır. Qeyd olunub ki, mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqqın nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanması təklif olunub. Əgər nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati qərar ləğv edilərsə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqq nəqliyyat vasitəsinin sahibinə geri qaytarılır.

Üçüncü mühüm dəyişiklik ödənişli avtomagistrallarda sürət həddi ilə bağlıdır. Belə ki, sənəddə ödənişli avtomagistrallarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur. Kamal Cəfərov bu sürət həddi limitlərinin beynəlxalq təcrübəyə uyğun olduğunu bildirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin yaz sessiyasında sosial, hüquqi və iqtisadi sahələri əhatə edən qanun layihələri qəbul olunub YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib