Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqillik Günü münasibətilə Varşavada rəsmi qəbul təşkil olunub VİDEO

Vyana, 28 may, AZƏRTAC

Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Varşavada Milli Filarmoniyanın Kamera zalında konsert proqramı və rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Polşa Nazirlər Kabinetinin üzvü, nazir Tomaş Şemonyak, hökumət, seym və senatın üzvləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, akademik, incəsənət, media və biznes dairələrinin təmsilçiləri, Polşa müftisi və dini icmaların nümayəndələri, Polşada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, həmçinin soydaşlarımız iştirak ediblər.

Tədbir Azərbaycan və Polşanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan olunması Türk və müsəlman dünyasında ilk demokratik respublikanın yaranması ilə nəticələnən mühüm tarixi hadisə olduğunu bildirərək, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə güclü dövlət institutlarının formalaşdırılması, ərazi bütövlüyünün qorunması, hüququn aliliyinə əsaslanan dünyəvi dövlət modelinin qurulması istiqamətində mühüm addımlar atdığını qeyd edib.

Səfir vurğulayıb ki, Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman və türk dövləti olmaqla yanaşı, Xalq Cümhuriyyəti dünyanın qabaqcıl demokratik ölkələri sırasında yer alıb. O, Azərbaycanın müstəqillik bəyannaməsində beynəlxalq münasibətlərin inkişafının əsas prioritetlərdən biri kimi təsbit olunduğunu diqqətə çatdıraraq, 1919-cu ildə Azərbaycanda fəaliyyət göstərən ilk diplomatik nümayəndəliklər arasında Polşanın səfirliyinin olduğunu xatırladıb.

N.Qurbanova qeyd edib ki, sovet işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırılsa da, onun demokratik idealları xalqın yaddaşında yaşayaraq 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına zəmin yaradıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi irs Azərbaycanın daxili və xarici siyasətinin əsasını təşkil edir.

Səfir həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın regionun ən güclü iqtisadiyyatına malik ölkəsinə çevrildiyini, multikulturalizm və dinlərarası dialoq sahəsində beynəlxalq nüfuz qazandığını vurğulayaraq, Azərbaycanın 17-22 may tarixində regionda ilk dəfə keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etdiyini, tədbirdə 182 ölkədən 60 minə yaxın iştirakçının yer aldığını diqqətə çatdırıb. Qeyd edilib ki, Forum Polşanın ev sahibliyi etdiyi Forumun 11-ci sessiyasının uğurlu irsini davam etdirərək Azərbaycan–Polşa əməkdaşlığının daha da genişlənməsi üçün yeni imkanlar açır.

Səfir N.Qurbanova Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı roluna da toxunaraq bildirib ki, təşkilat regional sabitlik və iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm platformaya çevrilib. Bu il türk xalqlarının mədəni və dil inteqrasiyasının əsasını qoyan Birinci Bakı Türkologiya Qurultayının 100 illiyi qeyd olunduğunu xatırladan N.Qurbanova hazırda 170 milyondan artıq əhalini əhatə edən və ümumi daxili məhsulu 1,5 trilyon ABŞ dollarını ötən təşkilatın qlobal ticarət, enerji təhlükəsizliyi və strateji əməkdaşlıq baxımından mühüm rol oynadığı vurğulayıb.

Daha sonra fəxri qonaq qismində çıxış edən nazir Tomaş Şemonyak bildirib ki, bu mərasimdə Baş nazir Donald Tuskun hökumətini təmsil etmək onun üçün böyük şərəfdir. O, Azərbaycan Respublikasına hörmət və dostluq münasibətlərini ifadə edərək, iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan ilə Polşa arasında həm tarixi bağlar, həm də müasir dövrdə ortaq maraqlar mövcuddur. O, Bakıya son səfərinin və keçirilən görüşlərin ölkələr arasında əməkdaşlığın davamlı xarakter daşıdığını göstərdiyini bildirib.

Çıxışında Azərbaycanın regionda oynadığı mühüm rolu da qeyd edən nazir qeyd edib ki, Azərbaycan Respublikasının sabitlik və sülhün qorunmasında xüsusi əhəmiyyəti vardır. O, Bakıda olduğu zaman Azərbaycanın təmin etdiyi sabitlik və təhlükəsizlik mühitinin nə qədər vacib olduğunu bir daha anladıqlarını vurğulayıb.

T.Şemonyak Bakıda polyak memarlarının, neft sənayesi mütəxəssislərinin və mədəniyyət xadimlərinin izlərinin qorunmasına görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. O, həmçinin Azərbaycanın regionda sabitlik və sülhün qorunmasında mühüm rol oynadığını söyləyib.

Nazir çıxışının sonunda Azərbaycan xalqı və rəhbərliyinə uğurlar arzulayıb və “Yaşasın Azərbaycan! Yaşasın Polşa! Yaşasın dostluğumuz!” sözlərini səsləndirib.

Sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Elşad Əliyev çıxış edərək Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını və bayram təbriklərini tədbir iştirakçılarına çatdırıb və Varşavada təşkil olunan tədbirin Azərbaycan–Polşa dostluğunun möhkəmləndirilməsi, milli-mədəni irsimizin təbliği və Azərbaycanın dövlətçilik ənənələrinin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulayıb.

E.Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk parlamentli respublika kimi tariximizdə mühüm yer tutduğunu qeyd edərək, müasir Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kurs və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

O, həmçinin Polşadakı Azərbaycan diasporunun milli kimliyin qorunması, mədəniyyətimizin təbliği və Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.

Çıxışlardan sonra əlamətdar gün münasibətilə türk dövlətlərinin vətəndaşları olan ifaçılardan ibarət “Yeddi gözəl” musiqi qrupu konsert proqramı ilə qonaqlar qarşısında çıxış edib və tədbirin sonunda iştirakçılara müxtəlif təamlar təqdim olunub.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Müstəqillik Günü münasibətilə Varşavada rəsmi qəbul təşkil olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir