Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvan, 8 iyun, AZƏRTAC

İyunun 8-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Mediasiya Şurasının birgə təşkilatçılığı ilə "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl nümayəndə heyətləri Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında son illərdə görülən işlərdən bəhs edib. Sədr Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun imzalandığını və Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan təsisat kimi formalaşdığını diqqətə çatdırıb.

Anar Bağırov son dövrlər Azərbaycan vəkilliyinin inkişafında Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş fərman və sərəncamların tarixi rolundan, insan hüquqlarının qorunmasında vəkillik institutunun məsuliyyətindən, vəkillərin ixtisaslaşmasının zəruriliyindən, bu sahədə aparılan islahatların əhəmiyyətindən, eləcə də mediasiya institutunun mübahisələrin həllindəki mühüm yerindən bəhs edib.

Ölkədə mediasiya institutunun inkişafı və bu sahədə həyata keçirilən islahatlar barədə söz açan sədr bildirib ki, Vəkillər Kollegiyası ilə Mediasiya Şurası arasında qurulan səmərəli əməkdaşlıq nəticəsində mediator olan vəkillər və vəkil olmayan mediatorlar arasında qarşılıqlı hörmətə və peşəkar həmrəyliyə əsaslanan münasibətlər bərqərar olub. Bu əməkdaşlıq modeli mediasiya praktikasının daha da zənginləşməsinə, institutun cəmiyyətdə möhkəmlənməsinə və islahatların davamlı xarakter almasına güclü təkan verməkdədir.

Mediasiya Şurasının fəaliyyətini yüksək qiymətləndirən Anar Bağırov bildirib ki, Vəkillər Kollegiyası mediasiya islahatlarının ilk günündən Şuranın həmtəsisçisi kimi bu prosesə tam dəstək verib. Sədr bu dəstəyin bu gün də davam etdiyini və bundan sonra da birgə fəaliyyətin uğurla reallaşdırılacağını vurğulayıb. O, ölkəmizdə vətəndaş cəmiyyətinin, hüquq institutlarının və hüquqi yardım sisteminin inkişafında əldə olunan uğurların dövlət qayğısının nəticəsi olduğunu diqqətə çatdırıb. Anar Bağırov, eyni zamanda, Naxçıvanda gələcəkdə də belə regional konfransların keçiriləcəyini ifadə edib.

Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov son illər Şurada görülən işlərə toxunub. Sədr bildirib ki, mediasiya xidmətlərindən istifadə zamanı Vəkillər Kollegiyası üzvlərinin tərəflərə barışıq sazişlərinin müddəaları və məzmunu üzrə keyfiyyətli hüquqi yardım göstərməsi olduqca mütərəqqi addımdır. O, bu yanaşmanın əsas insan hüquq və azadlıqlarının müdafiəsinə, eləcə də cəmiyyətdə hüquq mədəniyyətinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Nadir Adilovun sözlərinə görə, müşahidə və monitorinqlər göstərir ki, vəkillər mediasiya proseslərində barışıq sazişlərinin qanunauyğun və hüquqi baxımdan düzgün tərtib edilməsi üçün mediatorlarla çox sıx əməkdaşlıq edirlər. Vəkillərə təşəkkürünü bildirən sədr vurğulayıb ki, xüsusilə Naxçıvan Mediasiya Təşkilatının Vəkillər Kollegiyasının üzvləri ilə qurduğu peşəkar əlaqələr keyfiyyətli barışıq sazişlərinin imzalanmasına birbaşa müsbət təsir göstərir.

Diqqətə çatdırılıb ki, hazırda ölkə üzrə 423 mediator və 75 mediasiya təşkilatı fəaliyyət göstərir. 2026-cı ilin ötən dövrü ərzində bağlanmış barışıq sazişlərinin sayı 1794, probasiyada isə 6 barışıq sazişi qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov çıxış edərək, muxtar respublikada vəkilliyin tarixindən və inkişaf yolundan bəhs edib. O qeyd edib ki, vəkillik institutu nə qədər inkişaf etsə, Kollegiya savadlı və peşəkar kadrlarla nə qədər yaxşı təmin olunsa, bu, əhalinin hüquqlarının yüksək səviyyədə qorunmasına və hüquqi maarifləndirməyə bir o qədər xidmət edər. Sədr, həmçinin vurğulayıb ki, bu inkişaf vətəndaşların vaxt itkisinin, eləcə də əsassız müraciətlərin qarşısının alınmasında mühüm rol oynayacaq.

Hüseyn Səfərov bildirib ki, insan hüquqlarının müdafiəsində dövlət qurumları ilə vəkillik institutunun əməkdaşlığı da mühüm rol oynayır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əlaqələr xüsusi qeyd olunmalıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, hazırda nazirliyin nümayəndəsi də Kollegiyanın İxtisas Komissiyasının üzvü qismində fəaliyyət göstərir. Bu addım vəkilliyə qəbul prosesinin şəffaflığının, obyektivliyinin və qanunauyğunluğunun təmin edilməsinə xidmət edir. İki qurum arasında əməkdaşlığın digər mühüm istiqaməti isə penitensiar müəssisələrdə həyata keçirilən birgə tədbirlərdir.

Sonra konfransda Mediasiya Şurası tərəfindən Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov, nazirliyin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi Səttar Zamanov və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov Şuranın fəaliyyətində göstərdikləri dəstəyə görə sertifikatla təltif ediliblər.

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının son 3 il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən videohesabat nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini Müşfiq Həsənov konfransdakı çıxışında vəkilliyin əsas missiyasının insan hüquqlarının müdafiəsi olduğunu və ədalət mühakiməsində mühüm rol oynadığını bildirib.

Muxtar Respublikanın Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov isə müasir hüquq sistemində mediasiyanın tətbiqinin vətəndaş hüquqlarının daha effektiv təmin olunmasına xidmət etdiyini vurğulayıb.

Naxçıvan Mediasiya Təşkilatının direktoru Yusif Həsənov isə vəkil və mediator əməkdaşlığı sayəsində keyfiyyətli barışıq sazişlərinin imzalanması istiqamətində görülən işlərdən bəhs edib. Direktor qeyd edib ki, təşkilatın sıralarında 5 mediator fəaliyyət göstərir. 2021-ci ilin avqust ayından 2026-cı ilin müvafiq dövrünədək mediatorların icraatında 7885 iş olub. Hər iki tərəfin iştirak etdiyi 2413 iş üzrə 1032 barışıq sazişi imzalanıb. Həmçinin təşkilatın fəaliyyəti dövründə vəkillərin iştirakı ilə baş tutan mediasiya proseslərində 40-a yaxın barışıq sazişi imzalanıb.

Naxçıvan şəhər “ASAN” Vəkil Bürosunun vəkili Şəbnəm Hüseynova çıxışında müasir dövrdə ailə, əmək və əmlak xarakterli mülki mübahisələrin həllinin yalnız məhkəmə ilə məhdudlaşmadığını, mediasiyanın effektiv bir alternativ üsul olduğunu bildirib.

Sonra müzakirələr aparılıb, iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.

Tədbir çərçivəsində Kollegiyanın nümayəndə heyəti Naxçıvan Mediasiya Təşkilatının inzibati binasında olub. Qonaqlara təşkilatın fəaliyyəti barədə məlumat verilib.

11:18

Naxçıvanda Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Mediasiya Şurasının təşkilatçılığı ilə "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra Naxçıvan Muxtar Respublikasında vəkillik fəaliyyətinə dair son üç ili əhatə edən hesabat-videoçarx nümayiş etdirilib.

Konfransda çıxışlar olacaq, müzakirələr aparılacaq.

 

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib