Yalçın Rəfiyev: Azərbaycanda insan hüquqlarının qorunması dövlət idarəçiliyinin əsas prioritetlərindəndir VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan insan hüquqlarının qorunmasını dövlət idarəçiliyinin əsas prioritetlərindən biri hesab edir. Hüquqların təmin edilməsinin ən birbaşa və təsirli yollarından biri məhz keyfiyyətli dövlət xidmətlərinin göstərilməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “İnsan hüquqlarının qorunmasında şəffaf, səmərəli və hesabatlı dövlət xidmətlərinin göstərilməsinin mühüm rolu” mövzusunda keçirilən seminarda söyləyib.
O bildirib ki, Azərbaycanın insan hüquqlarına sadiqliyi ,eyni zamanda, qlobal həmrəyliyə sadiqlik deməkdir. Ölkəmiz çoxtərəfliliyi yalnız maliyyə dəstəyi ilə deyil, həm də sınaqdan çıxmış və uğur qazanmış institusional həllərin paylaşılması yolu ilə dəstəkləyir.