Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib VİDEO
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib.
AZƏRTAC xəbər verir ki, ziyafətdə Azərbaycan və Türkmənistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.