Azərbaycan Dövlət İnformasiya Agentliyi

® 617 balla baytarlığı seçdi: “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” gələcəyin baytarına dəstək oldu

Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin məzunu Xaliq Zeynallı Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında 617 bal toplayaraq Xəzər Universitetində Baytarlıq ixtisasını seçib.

Yüksək nəticə göstərən gəncin məhz baytarlıq ixtisasına üstünlük verməsi ictimaiyyətin diqqətini çəkib və sosial şəbəkələrdə geniş müzakirə olunub. Müzakirələrin bir qismində belə yüksək bal toplayan abituriyentin daha yüksək keçid balı olan və ənənəvi olaraq daha prestijli hesab edilən ixtisaslardan birini deyil, məhz baytarlığı seçməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

Xaliq Zeynallının öz gələcəyini kənd təsərrüfatı sektoru ilə bağlamaq qərarı “PAŞA Holding”ə daxil olan “Agro Dairy” şirkətinin də diqqətini çəkib. Aqrar sektorda peşəkar insan kapitalının formalaşmasına və gənclərin bu istiqamətdə inkişafına xüsusi önəm verən şirkət onun seçimini dəstəkləmək qərarına gəlib. Bu məqsədlə görüş zamanı Xaliq Zeynallıya təhsil prosesində istifadə etməsi və gələcək peşəkar inkişafına töhfə verməsi üçün texniki avadanlıqlar hədiyyə edilib.

Görüşdə “Agro Dairy” şirkətinin İdarə Heyətinin sədri Niyazi Əmirbəyov, Xəzər Universitetinin rektoru Dr.Razia İsaeva, Xaliq Zeynallı, eləcə də şirkət və universitetin nümayəndələri iştirak ediblər.

Bununla yanaşı, Niyazi Əmirbəyovun sədri olduğu Aqrar Məşvərət Şurası İctimai Birliyinin təqaüd proqramı çərçivəsində Xaliq Zeynallıya bir il müddətində – payız və yaz semestrləri üzrə aylıq təqaüd təyin olunub.

Görüşün sonunda baytarlıq sahəsində təhsil və praktiki əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Xəzər Universiteti ilə “Agro Dairy” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Baytarlıq kənd təsərrüfatı sektorunun strateji peşələrindən biridir

Baytarlıq yalnız heyvanların müalicəsi ilə məhdudlaşan bir peşə deyil. Baytar mütəxəssisləri heyvan sağlamlığının qorunması və xəstəliklərin qarşısının alınması ilə yanaşı, heyvandarlığın məhsuldarlığının artırılmasına, qida təhlükəsizliyinin təmin edilməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verirlər.

Bu baxımdan Xaliq Zeynallının 617 bal kimi yüksək nəticə ilə məhz baytarlıq ixtisasını seçməsi gənclərin kənd təsərrüfatı sektoruna marağının və bu sahədə peşəkar gələcək qurmaq istəyinin diqqətçəkən nümunəsidir.

“Agro Dairy” aqrar sektorda peşəkar insan kapitalının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Şirkət bu yanaşma çərçivəsində aqrar ixtisaslar üzrə təhsil alan və gələcək karyerasını kənd təsərrüfatı ilə bağlamaq istəyən gənclərin inkişafına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirir.

Bu təşəbbüslər çərçivəsində ADA Universitetində 400-dən yuxarı bal toplayaraq kənd təsərrüfatı istiqaməti üzrə ixtisasları seçən tələbələrin təhsil xərcləri “Agro Dairy” tərəfindən maliyyələşdirilir. Eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universitetində yüksək akademik göstəricilərə malik tələbələr üçün Akademik Mükəmməllik Təqaüd Proqramı həyata keçirilib.

Niyazi Əmirbəyov bildirib ki, kənd təsərrüfatının gələcəyi yalnız texnologiya və investisiyalarla deyil, eyni zamanda, savadlı, peşəkar və motivasiyalı insan kapitalının formalaşması ilə bağlıdır.

O qeyd edib ki, bu təşəbbüsə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” kontekstində də baxmaq olar: “Bu gün kənd təsərrüfatı sektoru Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Bu baxımdan sektorda peşəkar kadrların yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Rəhbərlik etdiyim şirkət və ictimai birlik olaraq ali məktəblərə qəbul olunan, yüksək nəticə göstərən və xüsusilə kənd təsərrüfatı istiqamətini seçən istedadlı gənclərə dəstək göstərməyi vacib hesab edirik. Xaliq çox yüksək nəticə göstərib və bu ixtisası şüurlu şəkildə özü seçib. Gənclər arasında kənd təsərrüfatı ixtisaslarına marağın artması bizim üçün sevindiricidir.

Hesab edirəm ki, sektorda fəaliyyət göstərən şirkətlərin yeni yetişən kadrlara dəstəyi gələcəkdə peşəkar mütəxəssislərin sayının artmasına və bütövlükdə kənd təsərrüfatının inkişafına mühüm töhfə verə bilər”.

Niyazi Əmirbəyov, həmçinin sektorda peşəkar kadrlara tələbatın artdığını bildirib:

“Sahə sürətlə inkişaf edir və bu da öz növbəsində yeni mütəxəssislərə ehtiyac yaradır. Kənd təsərrüfatı sektorunun gənclər üçün daha cəlbedici olması istiqamətində üzərimizə mühüm məsuliyyət düşür. Bu səbəbdən ali təhsil müəssisələri ilə əməkdaşlığımız davam edəcək və daha da genişlənəcək”.

Xaliq Zeynallı isə seçimi ilə bağlı səsləndirilən müxtəlif fikirlərə baxmayaraq, verdiyi qərara əmin olduğunu bildirib: “Mən tənqidi fikirlərlə yanaşı, geniş dünyagörüşünə malik, savadlı insanların dəstəyini və xoş sözlərini də gördüm. Bu, düzgün qərar verdiyimə bir daha əmin olmağıma səbəb oldu.

Gün keçdikcə dəyərli insanların mənimlə həmsöhbət olduğunu və seçimimə dəstək verdiyini gördükcə qərarımın doğruluğuna daha çox əmin oluram. İstədiyim ixtisas üzrə təhsil aldığıma və belə dəstək gördüyümə görə çox xoşbəxtəm.

Özümdən sonra gələn gənclərə də məsləhət görürəm ki, əgər heyvanlara, heyvandarlığa və ümumilikdə kənd təsərrüfatına maraqları varsa, istər baytarlıq, istərsə də aqronomluq olsun, bu sahəni seçərək ölkəmizdə peşəkar mütəxəssis kimi formalaşa bilərlər”.

Xaliq Zeynallının seçimi bir daha göstərir ki, yüksək qəbul balı yalnız daha geniş ixtisas seçimi imkanı yaratmır. Əsas məsələ gəncin öz marağına, potensialına və gələcək məqsədlərinə uyğun peşəni seçməsi və həmin istiqamətdə peşəkar kimi formalaşmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycanın müttəfiqliyi regionda sabitliyin qalxanıdır

Hərbi ekspert: Antiterror tədbirləri separatizmin tabutuna vurulan son mismar oldu

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək VİDEO

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək VİDEO

Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Ağdamda Milli Qəhrəmana həsr edilmiş qısametrajlı filmin təqdimatı olub

Hərbi ekspert: Antiterror tədbirləri dünya hərb tarixində unikallığı ilə seçilir

Bu saata olan əsas xəbərlər

Bədii rəhbər: Torpaqlarımız azad olunandan sonra ansamblımızın fəaliyyətini bərpa etdik

Gülzadə Abdulova: Nümayiş etdirdiyimiz geyimlər tarixi fotoşəkillər əsasında hazırlanıb

Həsən Həsənov: Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması nəticəsində yaranmayıb