Böyük Britaniyanın Kembric Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilmişdir VİDEO
London, 18 mart (AZƏRTAC). Böyük Britaniyanın Kembric Universitetində fəaliyyət göstərən Azərbaycan, Qazaxıstan və Özbəkistan cəmiyyətlərinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə müxtəlif ölkələrdən iki yüzə yaxın qonaq və universitetin müəllim heyəti iştirak etmişdir.
Qonaqlar milli mətbəx nümunələri, eləcə də şəkərbura, paxlava, qoğal və digər Novruz təamlarından dadmışlar.
Tələbələrin ifa etdikləri mahnı və milli rəqslər qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Mançester Universitetinin tələbəsi xanım Holly Colesin ifa etdiyi Azərbaycan xalq mahnıları - “Küçələrə su səpmişəm” və “Sarı gəlin” alqışlarla qarşılanmışdır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London