MƏDƏNİYYƏT
Fransanın “Europeorient” xəbər portalında “Azərbaycan Novruzu bayram edir” sərlövhəli məqalə yerləşdirilmişdir VİDEO
Paris, 22 mart (AZƏRTAC). Fransanın “Europeorient” xəbər portalında xalqımızın tarixi adət-ənənələrinin simvollarından birinə çevrilmiş Novruz bayramı ilə əlaqədar “Azərbaycan Novruzu bayram edir” sərlövhəli məqalə yerləşdirilmişdir.
Məqalənin müəllifi Novruzun ən azı 3 min ildir bayram edildiyini bildirmişdir.
2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında martın 21-nin Beynəlxalq Novruz Günü kimi elan olunduğunu diqqətə çatdıran müəllif vurğulamışdır ki, Novruzun dünya miqyasında bayram kimi qeyd edilməsi ilə bağlı bu təklif Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Türkiyə tərəfindən irəli sürülmüşdür.
Məqalədə Novruz bayramının dünyada 300 milyondan artıq insan tərəfindən qeyd edildiyi və Azərbaycanın təşəbbüsü ilə 2009-cu il sentyabrın 30-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi xatırlanmışdır.
Məqalədə Novruzun bayram barədə fransız oxucularına ətraflı məlumat verilmişdir.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar: http://www.europeorient.com
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris