“28 Cinema”da nümayiş olunan filmlərə endirimlər VİDEO
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” endirimli aksiyaya başlamışdır.
“28 Cinema”dan AZƏRTAC-a bildirmişlər ki, kinoteatr repertuarında olan bəzi filmlərin nümayişlərinə endirimlər etmişdir. Martın 31-dən aprelin 2-dək davam edəcək aksiyada biletlərin qiyməti 2 manat olacaqdır.
Aksiyaya “Hava marşalı”, “Avqust”, “Həmin sıxıntılı məqam”, “8 Mart bayramınız mübarək, kişilər”, “Anjelika, mələklərin markizası”. filmləri daxildir. Endirimli qiymət bu filmlərin bütün seanslarına şamil olunur.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin biletləri kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn qaydada almaq və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş etmək olar.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “Platınum Movıe Suıtes” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” da yerləşir.