Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümünə həsr edilmiş anma mərasimi keçirilmişdir VİDEO

Bakı, 8 may (AZƏRTAC, Əsəd Məmmədov). Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar mayın 8-də Beynəlxalq Muğam Mərkəzində anma mərasimi keçirilmişdir.

Əvvəlcə mərasim iştirakçıları Beynəlxalq Muğam Mərkəzinin foyesində şuşalı rəssamların əl işlərindən ibarət rəsm əsərlərinə baxmışlar.

Sonra “Şərəfimiz vətəndir” adlı sənədli film nümayiş etdirilmişdir.

Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışmışdır. Bildirilmişdir ki, Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal olunmuşdur. İşğalçı ermənilər həmin ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatları aparmış, Meşəli, Qaradağlı, Xocalı faciələrini törətmişlər.

Qeyd olunmuşdur ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılması barədə 822, 853, 874 və 884 saylı qətnamələrinin qəbulundan 21 ildən artıq vaxtın ötməsinə baxmayaraq, Ermənistan təşkilatın bu tələblərinə məhəl qoymadan işğalçılıq siyasətini davam etdirir.

Bayram Səfərov bildirmişdir ki, ermənilərin bu işğalçılıq siyasəti Azərbaycan xalqına ağır maddi və mənəvi zərbələr vurmuşdur. Müqəddəs torpaqlarımızda vətəndaşlarımızı amansızcasına qətlə yetirən ermənilər insanlığa qarşı ən ağır cinayət törətmişlər. Bu təcavüzkar siyasət nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilmişdir.

B.Səfərov qeyd etmişdir ki, torpaqlarımızın bütövlüyü uğrunda Şuşa şəhərindən 195 nəfər şəhid, 165 nəfər əlil olmuş, 58 insan isə itkin düşmüşdür. O vurğulamışdır ki, məscidləri, karvansaraları, mədrəsələri, tarixi abidələri, bulaqları ilə Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa xalqımıza görkəmli şəxsiyyətlər, incəsənət xadimləri, ziyalılar bəxş etmişdir. Milli mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa həm də böyük memarların, xəttatların, rəssamların, xalça ustalarının vətənidir.

B. Səfərov bildirmişdir ki, Azərbaycanın mədəniyyət və sənətkarlıq beşiyi olan Şuşa şəhəri XX əsrdə üç dəfə erməni təcavüzünün qurbanı olmuşdur. 1905-1907-ci illərdə bu şəhər ermənilər tərəfindən hücuma məruz qalaraq yandırılmış, 1920-ci ildə şəhərin xeyli hissəsi dağıdılmışdır. 1992-ci il mayın 8-də isə Ermənistan silahlı qüvvələri şəhəri tamamilə işğal etmişlər. İşğal nəticəsində Şuşanın 8 muzeyi, 17 klubu, 8 mədəniyyət evi, 25 orta məktəbi, 25 tibb müəssisəsi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 mehmanxanası, uşaq sağlamlıq mərkəzi, sanatoriya, Şuşa televiziyası, Şərq musiqisi alətləri fabriki və bir sıra digər qədim tarixi abidələri ermənilər tərəfindən talan edilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdir ki, Azərbaycanın müqəddəs və tarixi ərazisi olan Şuşa 22 il öncə erməni faşistləri və onların himayədarları tərəfindən işğal edilmişdir. Baş nazirin müavini demişdir ki, Şuşa qədim Azərbaycan ərazisidir. Sadəcə olaraq, bu şəhərin sakinləri müvəqqəti olaraq yerlərini dəyişiblər. Ermənilər də müvəqqəti olaraq burada məskunlaşıblar. Onlar başa düşməlidirlər ki, Şuşada yaşamaq, bu şəhərin suyunu içmək hələ şuşalı olmaq demək deyildir. Başqasının yurdunda, ocağında necə yaşamaq olar?! Ermənilər sonradan gedib yerləşdikləri əraziləri öz torpaqları hesab edirlər. Bu, yolverilməzdir.

Komitə sədri vurğulamışdır ki, Azərbaycanın torpaqlarını işğal altında saxlamaqla əslində Ermənistan heç nə qazanmır, əksinə çox şey itirir.

Şuşanın Azərbaycanın qədim tarixə malik bölgələrindən biri olduğunu deyən Əli Həsənov qeyd etmişdir ki, bu şəhər təkcə Azərbaycan deyil, bütün müsəlman dünyası üçün müqəddəs bir yerdir.

Əli Həsənov qeyd etmişdir ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycan inkişaf edərək dünya miqyasında ən qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Komitə sədri demişdir: “Ulu Öndər bu siyasətin, bugünkü inkişafın təməlini qoydu. Prezident İlham Əliyev bu siyasəti davam etdirərək Azərbaycanı dünyanın qabaqcıl ölkələri sırasına çıxardı”.

Baş nazirin müavini bildirmişdir ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Dünyanın heç bir münaqişə zonasında qaçqın və məcburi köçkünlər üçün Azərbaycandakı kimi əlverişli şərait yaradılmamışdır.

Əli Həsənov vurğulamışdır ki, Azərbaycan Prezidentinin uğurlu fəaliyyəti nəticəsində ölkəmizdə neft kapitalı insan kapitalına çevrilmişdir. Baş nazirin müavini əmin olduğunu bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Prezident İlham Əliyevin gördüyü işlər tezliklə öz nəticəsini verəcəkdir və torpaqlarımız işğaldan azad ediləcəkdir.

Tədbirdə çıxış edən “Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov Fond və “Azərbaycan dünyası” beynəlxalq jurnalı tərəfindən təsis olunmuş “Vətən övladı” ordenini Azərbaycanın Milli Qəhrəmanı, şəhid Albert Aqarunovun qardaşı Rantik Aqarunova təqdim etmişdir.

Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov ölkəmizdəki mövcud tolerantlıq mühitindən danışmış, milli azlıqlara, o cümlədən yəhudilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Tədbir Şuşa şəhər musiqi kollektivlərinin ifasında “Sən qalib gələcəksən” adlı ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.

Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümünə həsr edilmiş anma mərasimi keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellekt əsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib