6 İYUL
![]() |
1415-ci il. İlk kilsə islahatçısı, çexiyalı filosof, Praqadakı Karl Universitetinin alimi Yan Hus (1372-1415) kilsə tərəfindən kafir elan edilərək tonqalda yandırılıb. Hər il iyulun 6-sı Çexiyada Yan Hus Günü kimi qeyd edilir. |
![]() |
1535-ci il. Məşhur ingilis filosofu, şairi və dövlət xadimi Tomas Mor (1478-1535) Londonda edam edilib. Məşhur “Utopiya” əsərinin müəllifi olan T.Morun ölümünə səbəb onun kral VIII Henrini İngiltərə kilsəsinin rəhbəri kimi qəbul etməməsi olub. |
![]() |
1785-ci il. Dollar Amerika Birləşmiş Ştatlarının milli valyutası elan edilib. |
![]() |
1885-ci il. Fransa kimyaçısı və mikrobioloqu Lui Paster ilk dəfə olaraq quduzluq əleyhinə peyvəndi quduz itin dişlədiyi 9 yaşlı Jozef Meyster üzərində uğurla sınaqdan keçirib. |
![]() |
1940-cı il. Qazaxıstan Respublikasının ilk və hazırkı Prezidenti Nursultan Nazarbayev anadan olub. 1990-cı il aprelin 24-də Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən ölkə Prezidenti seçilib. 1991-ci il dekabrın 1-də isə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilib. |
![]() |
1943-cü il. Tanınmış opera müğənnisi, Azərbaycan və SSRİ Xalq Artisti Tamara Sinyavskaya anadan olub. |
![]() |
1946-cı il. ABŞ-ın 43-cü Prezidenti Corc Uoker Buş anadan olub. C.Buş (oğul) 2001-ci il yanvarın 20-dən 2009-cu il yanvarın 20-dək dövlət başçısı vəzifəsində xidmət edib. Onun prezidentliyi dövründə ABŞ-da 11 sentyabr terror hadisələri törədilib. Bu hücumun təşkilində ittiham edilən “Əl-Qaidə” lideri Usama bin Ladinə ələ keçirmək və ona sığınacaq verən Taliban rejimini devirmək üçün 2001-ci il oktyabrın 7-də ABŞ Əfqanıstana qoşun yeridib. 2003-cü il martın 20-də isə ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri İraqla müharibəyə başlayıb. |
![]() |
1946-cı il. Amerikalı məşhur aktyor, rejissor və prodüser Silvester Stallone anadan olub. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]







