6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-sı Azərbaycan radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da fəaliyyətə başlamışdır. Azərbaycan Televiziyası yaranandan sonra bu tarix teleradio günü kimi qeyd olunmağa başlanmışdır.
Bakı televiziya studiyasının ilk verilişi canlı olaraq 1956-cı il fevralın 14-də yayımlanmışdır. Ekrana ilk dəfə aktrisa Nəcibə Məlikova çıxaraq tamaşaçıları salamlamış və “Göstərir Bakı” cümləsini səsləndirmişdir. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra teleradio məkanında böyük dəyişikliklər baş vermişdir. Hazırda ölkəmizdə onlarca televiziya və radio fəaliyyət göstərir.
Azərbaycan televiziyasının auditoriyası çox genişdir. Bu gün onun verilişlərini peyk vasitəsilə dünyanın hər yerində izləmək mümkündür.
Peşə bayramları münasibətilə televiziya və radio işçilərini təbrik edir, işlərində uğurlar arzulayırıq!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]