7 IYUN

2015-ci il. Birinci Avropa Oyunlarının qədim od məbədi olan “Atəşgah”da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşdıqdan və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra paytaxt Bakıya gətirilib. Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.

1775-ci il. Birləşmiş koloniyalar (United Colonies) öz adını Birləşmiş Ştatlara dəyişdirir (United States).

1848 -ci il. Fransız rəssam, postimpressionizm və primitivizm cərəyanının nümayəndəsi Pol Qoqenin doğum günü (1848-1903). 1903-cü ildə hökumətlə yaşadığı problemə görə 3 ay həbs cəzası almış, lakin məhbus həyatı yaşamadan vəfat etdi. Əsərlərinin qiyməti 40 milyona qədər dəyərləndirilir.

1960-cı il. Səudiyyə Ərəbistanında qadınlara təhsil almaq hüququ verilib.