Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada “Bakı–2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib
Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib VİDEO

Moskva, 11 aprel, AZƏRTAC

Aprelin 10-da Moskvada Azərbaycanda keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı olub.

Mərasimdə Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.

Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva “Ukrayna” mehmanxanasının Konqres mərkəzinə gəldilər.

Heydər Əliyev Fondu və Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə Rusiyanın ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri və digər nüfuzlu qonaqlar iştirak ediblər.

Qonaqlar əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş sərgiyə baxdılar. Tədbirin iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən Azərbaycan haqqında hazırlanmış müxtəlif nəşrlər, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletlər təqdim edildi.

Tədbiri aparan məşhur televiziya və radio verilişlərinin aparıcısı Dmitri Şepelev vurğuladı ki, Bakıda birinci Avropa Oyunlarının keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun göstəricisidir. Öz siyasi, iqtisadi və mədəni əhəmiyyətinə görə diqqəti cəlb edən bu hadisə, həm də son illərdə Azərbaycanın idman sahəsində qazandığı uğurlara dəlalət edir.

Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Birinci xanım Mehriban Əliyevanın

çıxışı

-Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Əziz dostlar!

Yenidən Moskvada - gəncliyimin, tələbəlik illərimin keçdiyi və çox işıqlı xatirələrimin bağlı olduğu şəhərdə olmağıma çox şadam. Mənə çox yaxın və mehriban insanların əhatəsində olmaq ikiqat xoşdur. Sizi ürəkdən salamlamaq və bu axşamı bizimlə birlikdə keçirdiyinizə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bizim görüşümüz bu ilin yayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarına həsr edilib. Biz Avropanın iri paytaxt şəhərləri Roma, London, Paris, Afina, Ankara və Berlində Oyunların təqdimat mərasimlərini keçirmişik. Mən xoşbəxtəm ki, bu gün biz bu Oyunlar barədə dost Rusiyanın paytaxtı Moskva şəhərində danışacağıq.

Azərbaycan ilə Rusiya arasında münasibətlər möhkəm tarixi təmələ əsaslanır. Onilliklər boyu xalqlarımızı humanitar, mədəni və insani əlaqələr bağlayır. Bu əlaqələr ikitərəfli siyasi, iqtisadi və dövləti münasibətlər üçün çox əlverişli şərait yaradıb. Biz Azərbaycanda ənənələrə çox hörmət bəsləyir və tarixi keçmişə qayğı ilə yanaşırıq. Hesab edirik ki, bugünkü Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı hörmətə əsaslanan səmimi, mehriban qonşuluq münasibətlərinin nümunəsidir. Bizim əməkdaşlığımız ictimai həyatın bütün sferalarını - həm siyasi, həm iqtisadi, həm də humanitar sahələri əhatə edir. 2013-cü ilin yayında Rusiya Federasiyasının Prezidenti cənab Putinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına güclü təkan verib. Görkəmli siyasi və ictimai xadimlərin başçılığı ilə hökumətləri, parlamentləri, ictimai təşkilatları təmsil edən nümayəndə heyətlərinin müntəzəm keçirilən qarşılıqlı səfərləri yaxşı bir ənənəyə çevrilib və heç şübhəsiz, bu cür səfərlər ölkələrimiz arasında mövcud dostluq əlaqələrini möhkəmləndirir.

Mən, Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin başda olmaqla bu gün bu zalda olan, Rusiya hökumətini, parlamentini, Olimpiya Komitəsini təmsil edən ali qonaqları ürəkdən salamlamaq, sizə dərin hörmətimi və minnətdarlığımı bildirmək istəyirəm ki, Siz ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə çox böyük töhfə verirsiniz və Azərbaycanın əsl dostlarısınız.

İqtisadiyyatda elə ənənəvi sahələr var ki, orada ölkələrimiz arasında əməkdaşlıq və tərəfdaşlıq çox uğurludur. Buraya energetika sektoru, nəqliyyat, maşınqayırma, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları aiddir. Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin həcmi dörd milyard ABŞ dollarına yaxındır. Rusiya Azərbaycanın ümumi idxalında aparıcı yerlərdən birini tutur və iqtisadi əlaqələrin genişlənməsi meyli, heç şübhəsiz, çox müsbət amildir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir. Bir sıra məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Rusiya Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini dəstəkləmiş 155 dövlətdən biri olub. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinin və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq olunmasının əleyhinə səs verib.

Bizim humanitar əlaqələrimizi xüsusi qeyd etmək istəyirəm. Ona görə ki, mədəniyyət, humanitar əlaqələr insanlar və xalqlar arasında ünsiyyətin əsasıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra respublikada rus dilində təhsil tam həcmdə qorunub saxlanılıb. Ölkədə təhsilin rus dilində aparıldığı 300-dən çox məktəb, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Fakültələrinin sayı artmaqda olan bu filial Azərbaycanda aparıcı təhsil ocaqlarından birinə çevrilib. İki dövlətin prezidentlərinin təşəbbüsü ilə hər il keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ölkələrimiz arasında humanitar əlaqələrin inkişafının parlaq göstəricisidir. Bu forumda Azərbaycan və Rusiyanın görkəmli siyasi xadimləri, ekspertlər, elmi və yaradıcı ziyalıların nümayəndələri iştirak edirlər. Azərbaycanda keçirilən musiqi festivalları, məsələn, Rostropoviç adına festival və Qəbələ festivalı Rusiyanın görkəmli, dünya şöhrətli musiqiçilərinin və aparıcı kollektivlərinin çıxış etdiyi ənənəvi platformaya çevrilib.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyini ayrıca qeyd etmək istərdim. Bu təşkilat nisbətən yaxın vaxtlarda yaradılıb. Lakin bu təşkilat Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri sıx birləşdirib və onların Rusiya cəmiyyətinə inteqrasiyası prosesinə kömək edir.

İdman sahəsində, Olimpiya hərəkatında bizim çox yaxşı tərəfdaşlıq əlaqələrimiz var. Fürsətdən istifadə edib sizi 2014-cü ildə Soçidə çox parlaq şəkildə təşkil edilmiş və keçirilmiş Qış Olimpiya Oyunları və əlbəttə, rusiyalı idmançıların yüksək nəticələr göstərərək, komanda hesabında birinci yeri tutmaları münasibətilə bir daha təbrik etmək istərdim. Həmin Oyunları həm də ona görə böyük maraqla izləyirdik ki, biz də tezliklə bu cür genişmiqyaslı və mühüm idman tədbirini təşkil etməli və ona ev sahibliyi etməli idik.

Bu gün Azərbaycanda idmanın, olimpiya hərəkatının dəstəklənməsi dövlət siyasətinin prioritetlərindən biridir. Biz müstəqil dövlət kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edirik və atletlərimizin göstərdiyi nəticələrlə haqlı olaraq fəxr edirik. Londonda keçirilmiş sonuncu Yay Olimpiadasında bizim komanda 10 medal, o cümlədən iki qızıl medal qazanıb və Avropa ölkələri arasında 12-ci, bütün iştirakçılar arasında 30-cu yeri tutub. Keçən il Çində yeniyetmələr arasında keçirilmiş Olimpiya Oyunlarında bizim komanda, gənc atletlərimiz 12 medal, o cümlədən 5 qızıl medal qazanaraq 200-ə yaxın iştirakçı komanda arasında onuncu yeri tutub.

Azərbaycanda idman infrastrukturunun qurulmasına və modernləşdirilməsinə böyük diqqət yetirilir. Son 10 ildə ölkədə 40-dan artıq müasir Olimpiya Mərkəzi inşa edilib. Təbii ki, bunun nəticəsində idmanla məşğul olan, idmanı özünün peşəkar fəaliyyəti kimi seçən gənclərin sayı ildən-ilə artır, onların qarşısında gözəl perspektivlər və imkanlar açılır.

Bizim ölkədə iri beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində yaxşı təcrübə toplanıb. Bakıda müntəzəm olaraq idmanın müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilir. Bu tədbirlərin təşkilinin yüksək səviyyədə olması həm idmançılar, həm də nümayəndə heyətlərinin üzvləri tərəfindən qeyd edilir.

Bir sözlə, bütün bu amillər və idmançılarımızın uğurları, idmana dövlət tərəfindən göstərilən güclü dəstək, müasir idman infrastrukturu və əlbəttə, ölkəmizin sürətli inkişafı Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi haqda qəbul etdiyi qərarın əsasını təşkil edib. Bu Oyunlar Avropa idmanı tarixində yeni səhifə açacaq. Birinci Avropa Oyunlarını təşkil etmək, ona ev sahibliyi etmək və onu keçirmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Oyunlarda 6 mindən çox atlet iştirak edəcək. Onlar 16-sı Olimpiya idman növləri olmaqla 20 idman növündə yarışacaqlar. Təbii ki, Bakı Oyunları bütün gələcək Oyunlar üçün səviyyə, standart müəyyən edəcək. Oyunlara hazırlaşmaq üçün bizə cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək niyyətindəyik. Çox güclü Təşkilat Komitəsi bunun üçün zəruri olan bütün işləri görür. Biz beynəlxalq idman təşkilatları, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar ilə əməkdaşlıq edirik. Könüllülər bizi çox güclü dəstəkləyirlər. Azərbaycanda minlərlə gənc bu Oyunlarda könüllü olmaq arzusunu bildirib. Bütün idman obyektlərinin tikintisi artıq başa çatdırılıb və Oyunların iyunun 12-də keçiriləcək açılışına qədər nəzərdə tutulan bütün 35 test tədbiri keçiriləcək. Biz Atletlər Kəndi ilə haqlı olaraq fəxr edirik. Əminəm ki, rusiyalı idmançılar bu kənddə yaşamaqdan böyük məmnunluq duyacaqlar. Çünki biz həm yarışlara hazırlaşmaq, həm də istirahət üçün maksimum rahat şərait yaratmağa çalışmışıq. Biz Media Kəndi ilə də fəxr edirik. Bu qurum məxsusi olaraq media nümayəndələri üçün yaradılıb və o da ən yüksək dünya standartlarına uyğundur. Oyunları mindən çox yerli və xarici reportyor işıqlandıracaq, 50-dən çox şirkət Oyunların 100-dən artıq ölkədə yayımlanmasını təmin edəcək.

Əlbəttə, biz birinci Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə kimi istəyirik ki, qonaqlarımız bizim ölkəmiz - Azərbaycan haqqında daha çox məlumat əldə etsinlər. Azərbaycan müstəqil dövlət kimi gəncdir, lakin bu ölkənin qədim tarixi kökləri, zəngin mədəniyyəti var. Bildiyiniz kimi, bizim paytaxtımız Bakı şəhəri Böyük İpək Yolu üzərində, Qərb ilə Şərqin qovuşuğunda yerləşir və bir sıra mədəniyyətlərin və sivilizasiyaların ruhunu mənimsəyib. Biz çox geniş və maraqlı mədəni proqram hazırlamağa çalışmışıq və ümidvarıq ki, Azərbaycanın qonaqları bizim qədim və eyni zamanda, gənc diyarımız haqqında daha çox məlumat əldə edə biləcəklər. İndi, Oyunların başlanmasına cəmi 2 ay qaldığı bir vaxtda bizim bütün komandamız öz səylərini hazırlıq işlərinin finalı üzərində cəmləşdirib. Lakin mən artıq bu gün deyə bilərəm ki, Bakı bütün Avropanı qəbul etməyə hazırdır. Biz hamımız möhtəşəm bir bayram - sülh, dostluq və idman bayramı ərəfəsindəyik. Əminəm ki, birinci Avropa Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək.

Əziz dostlar, fürsətdən istifadə edib sizin hamınızı Bakıya gəlməyə, bu Oyunlarda iştiraka dəvət etmək istəyirəm. Gəlin, idmançılarımıza, komandalarımıza birlikdə azarkeşlik edək.

Qonaqpərvərliyinizə görə sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Sağ olun.

X X X

Sonra Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov çıxış etdi. O vurğuladı ki, Avropa Olimpiya Komitəsi mühüm və düzgün qərar qəbul edib - Avropaya öz Oyunları lazım idi.

A.Jukov dedi: “Çox yaxşı haldır ki, bu birinci Avropa Oyunları möhtəşəm, gözəl Bakı şəhərinə, Azərbaycana həvalə edilib. Bu, həqiqətən çox düzgün qərardır. Biz Azərbaycanda idmanı necə sevdiklərini bilirik. Onu da bilirik ki, Bakı çoxsaylı iri yarışları parlaq səviyyədə keçirib, bu sahədə çox böyük təcrübəsi var”.

Rusiya Olimpiya Komitəsinin rəhbəri bildirdi ki, Bakı gözəl, möhtəşəm şəhər olmaqla bərabər, həm də idman şəhəridir. A.Jukov vurğuladı: “Mən əsla şübhə etmirəm ki, Bakı bu Oyunları parlaq səviyyədə keçirəcək”.

Rusiya Olimpiya Komitəsinin prezidenti qeyd etdi ki, onun ölkəsi qarşıdakı Avropa Oyunlarına çox ciddi münasibət bəsləyir. Rusiya komandasının tərkibində ən güclü idmançılar olacaq.

Aleksandr Jukov dedi: “Bizim yaxşı bir ənənəmiz var - Rusiya Komandası Evi yaratmaq ənənəsi. Biz Bakıda da belə bir ev yaratmaq istəyirik. Orada bizim müştərək idman tariximiz nümayiş etdiriləcək. Bu, həm Bakı sakinləri, həm də Oyunlara gələnlər - xarici turistlər, əcnəbi azarkeşlər, bizim Rusiya komandasının azarkeşləri üçün çox maraqlı olacaq. Həm Təşkilat Komitəsinə, həm də Avropanın ən yaxşı idmançılarını Bakıda qəbul edəcək hər kəsə uğurlar arzulamaq istərdim”.

X X X

Sonra mərasim iştirakçıları “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş filmə baxdılar. Filmdə “Bakı-2015” Oyunlarına hazırlıq işləri, Azərbaycanın paytaxtında yarışlar ilə əlaqədar həyata keçirilən mühüm layihələr əks olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Moskvada “Bakı–2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb