Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncə avtomobil zavodunun direktoru: Gəncədə istehsal olunan “KamAZ” avtomobilləri xarici bazarlara da çıxarılacaq

Gəncə, 16 aprel, Sabir Əliyev, AZƏRTAC

Ölkəmizin nəhəng avtomobil istehsalçısı olan Gəncə avtomobil zavodu, sözün əsl mənasında, özünün inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində müəssisə bu gün nəinki respublikamızın, eləcə də regionun nəhəng avtomobil istehsalçısına çevrilib.10 il əvvəl bu müəssisənin qısa vaxt ərzində yüksək keçidli, ağır tonnajlı avtomobillər istehsal edəcəyini söyləyəndə, çoxları təəccübünü gizlətmirdi.Ancaq indi zavod artıq “KamAZ” istehsalına da başlayıb.Rusiyanın “KamAZ” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə bağlanan uzunmüddətli müqaviləyə əsasən Gəncə zavodunda yığıma başlanılan ilk avtomobil aprelin 14-də konveyerdən yüksək keyfiyyətlə çıxıb.

AZƏRTAC zavodun direktoru Kamran Nəzərovla müsahibəni təqdim edir:

-Kamran müəllim, yeni istehsal xəttinin açılması münasibətilə sizi və kollektivinizi təbrik edirik.Zavodun 10 illik fəaliyyəti dövründə ilk “KamAZ”ın istehsalı doğrudan da əlamətdar hadisədir.

- Çox sağ olun. Artıq müxtəlif ölkələrlə əməkdaşlıq müqavilələrimiz yeni mərhələyə qədəm qoyub. Ötən il dekabrın 22-də Rusiyanın “KamAZ” ASC ilə bağlanmış ikitərəfli müqaviləyə görə cari ilin əvvəllərindən başlayaraq yüksəkkeçidli, ağırtonnajlı avtomobillərin yığımına başlamalı idik.Gördüyünüz kimi, hər iki tərəf götürdüyü öhdəliyi yerinə yetirdi. Yeni konveyer xəttinin açılışında hətta Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov da iştirak etdi.

- Yəqin ki, istehsal etdiyiniz texnikaların satışında elə bir problem yaşanmayacaq...

-Bilirsiniz, biz hər hansı texnikanın istehsalına başlamaq üçün dəfələrlə məsləhətləşir, araşdırma aparırıq.Yaxşı bilirik ki, cəmi 10 yaşı olan zavodda xırda bir səhvə yol vermək, müəssisənin iflası deməkdir.Odur ki, müqavilə bağlanmazdan əvvəl tədqiqat aparılır. Əvvəlcə istehsal olunacaq texnikanın alıcılıq qabiliyyətini yoxlayırıq.Bu işdə mütəxəssislərin fikirləri öyrənilir. Qeyd edim ki, “KamAZ” ASC Rusiyanın yük avtomobili texnikası istehsalçısıdır.Şirkət SSRİ dövründə yaradılıb və müasir qloballaşma şəraitində böyük inkişaf yolu keçib.İstehsala başlayandan “KamAZ” avtomobilləri keçmiş sovetlər məkanında populyarlıq qazanıb və indiyədək MDB-nin bir çox ölkələrində avtomobil yükdaşımalarında böyük paya malikdir. “KamAZ” beynəlxalq avtomobil biznesinə inteqrasiya edilmiş şirkətdir.Şirkət istehsalatda müasir texnologiyaları və dünyanın qabaqcıl istehsalçılarının ən son komponentlərini tətbiq edir.Odur ki, gündən-günə inkişaf edən ölkəmizdə bu avtomobillərə də böyük tələbat var. Gəncədə istehsal olunan “KamAZ” avtomobillərinin ilk mərhələdə Azərbaycan bazarında, sonra isə xarici bazarlarda satışını planlaşdırmışıq.Hazırda Nəqliyyat Nazirliyindən, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətindən sifarişlər almışıq.Yəqin ki, konveyerdən çıxan ilk avtomobillər həmin sifarişlərə yönəldiləcək.

-Birgə əməkdaşlıq haqqında müqavilə bağladığınız şirkətlər işinizdən razıdırlarmı?

- Əlbəttə. Misal üçün “KamAZ” zavodu ilə müqavilə imzalanmazdan əvvəl müəssisənin baş direktoru Sergey Koqoqin mütəxəssislərlə birlikdə bizim zavoda olublar.Direktor müəssisəmizin istehsalat sahələrini gəzdikdən sonra bildirdi ki, sonuncu dəfə Gəncə haqqında 10 il bundan əvvəl eşidib. O, elə hesab edirdi ki, zavod hələ tam qurulmayıb və açığı, burada “KamAZ”ın istehsal xəttinin işə salınacağına bir az şübhə ilə yanaşırdı.Lakin S.Koqoqin Gəncə avtomobil zavodunda gördüklərindən sözün yaxşı mənasında təəccübləndi. Etiraf etdi ki, burada çox böyük işlər görülüb.Müəssisə texnoloji parametrlər baxımından avtomobil istehsalına hazırdır.Zavodun 500-dən artıq əməkdaşının olması, onların yığım təcrübəsi Gəncədə “KamAZ”ın istehsalına imkan verir. Zənnimcə, bu fikirlər bizim zavodun üzərinə düşən işi layiqincə yerinə yetirdiyini təsdiqləyir.

-Rusiyada istehsal olunan avtomobillə Gəncədə yığılan avtomobil arasında hər hansı fərq ola bilərmi?

-Qətiyyən ola bilməz.Çünki aparılan danışıqlarda bir fikir səsləndirilib: “KamAZ” brendi Rusiya üçün çox önəmlidir.Gəncədə yığılan “KamAZ” avtomobillərinin keyfiyyəti əsas konveyerdəkilərdən fərqlənməməlidir.Bu istəyə nail olmaq üçün rusiyalı mütəxəssislər bizim mütəxəssislərə hər cür yardım edirlər.

- Məlum olduğu kimi, zavodda müxtəlif markalı texnikaların yığımı da həyata keçirilir.“MAZ” avtomaşını, “Belarus” traktorları, hətta Almaniyanın “HALLER” şirkəti ilə bağlanmış müqaviləyə əsasən kommunalyönümlü maşınlar istehsal edilir.Müxtəlif markalı, müxtəlif tutumlu və müxtəlif təyinatlı avtomaşınların yığımı çətinliklər yaratmır ki?

-Açığını deyim ki, əvvəllər müəyyən çətinliklər olurdu.Ancaq son vaxtlar elə bir çətinlik hiss etmirik.Çünki artıq müəssisəmizdə yüksək texnologiyaları mənimsəmiş çoxlu sayda mütəxəssislər yetişib.Bundan başqa, istehsal edəcəyimiz texnikanın strukturunu mənimsəmək üçün qabaqcadan həmin zavoda mütəxəssislər ezam edirik.Demək olaq ki, onlar qısa vaxt ərzində yığımı mənimsəyir və bu prosesi digər yoldaşlarını da öyrədirlər.

- İstifadəyə verilmiş yeni konveyerdə il ərzində 1500 “KamAZ”ın yığılması nəzərdə tutulub.Əgər sifariş olarsa,  bunun öhdəsindən gələ biləcəksiniz?

-Əlbəttə.Bunun üçün həm imkanımız, həm də lazımi şəraitimiz var.

- Müsahibəyə görə çox sağ olun, sizə işlərinizdə uğurlar arzulayırıq.

- Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Oğuz rayonu və tanınmış insanları” adlı kitabın təqdimatı olub

Fransada dövlət qulluqçuları maaş artımı tələbi ilə tətilə hazırlaşırlar

Mateuş Koxalski “Qarabağ”la vidalaşıb

Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil

Voleybol üzrə Türkiyə millisi ardıcıl 2-ci dəfə Avropa çempionu olub

Premyer Liqa: “Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəlib

Şair-publisist Hidayət Səfərli: Şuşanın daşına boya çəkilməz

Tarixi irsin qorunması yalnız dövlətin deyil, hər bir insanın məsuliyyətidir ŞƏRH

Avropa Komissiyasının Prezidenti Qrenlandiyaya səfər edib

Xuraman Qənbərova: Şəhidlərimizin izini şəxsi yazılarla korlamaq yolverilməzdir

Çex arxeoloqları Qazaxıstanda sovet repressiyalarının izlərini araşdırırlar

Şəhid atası: Şuşanın qayalarına yazılan adlar o torpağın mənəvi dəyərinə kölgə salır

Əziz Şiriyev: Şəhidlərimizin xatirəsini qayalara adlar yazmaqla deyil, Qarabağı qorumaqla yaşatmalıyıq

Memar: Tarixi abidələrə ciddi nəzarət edilməlidir VİDEO

Memar: Tarixi abidələrə ciddi nəzarət edilməlidir VİDEO

Ağdamlı məktəblinin uğurları Türkiyə mediasının diqqətini çəkib

Bu saata olan əsas xəbərlər

Vüqar Əhmədov: Mədəni irs ümumbəşəri anlayışdır və onun qorunması tarixin qorunmasına töhfədir

Prezidentin sosial şəbəkə hesablarında dövlətimizin başçısının Hərbi Dəniz Qüvvələrində olması ilə bağlı paylaşım edilib VİDEO

Şəhid atası: Oğlum əsir düşməmək üçün canından keçdi, indi o qayalara ad yazmaq necə mümkün ola bilər?

Vətən müharibəsi qazisi: Şuşanın hər daşı tariximizin bir parçasıdır

Turizm eksperti: Tarixi və mədəni abidələrə zərər vurulması yolverilməzdir

Mürvət Əsgərov: Şəhidlərimiz adlarını daşlara deyil, qanları ilə tarixə yazdılar

İsveç mediası 18 yaşlı azərbaycanəsilli namizəd barədə yazır

Milli Məclisin sədri Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir

Şuşa döyüşlərinin iştirakçısı: Biz o qayalara tariximizi qanımızla yazmışıq

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sokolovda Milli Azlıqlar Festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Turizm eksperti: Şuşanın qayalarında bizim adlarımız deyil, bu şəhərin öz tarixi qalmalıdır

Mədəni-tarixi abidələrimizə zərər vurmağa heç kimin haqqı yoxdur - AÇIQLAMA

Turizm məkanlarına münasibətdə ictimai məsuliyyət artırılmalıdır - ŞƏRH

Şəhid anası: Qəhrəmanlarımızın xatirəsini daşlara adlar yazılması ilə yaşatmamalıyıq

Şəhid qanı ilə yoğurulub Vətən olan torpağa, daşa niyə adımızı yazmaq zərurəti hiss edək ki?!

Razi İbrahimov: Tarix qayalardakı güllə izlərini artıq qəbul edib, həmin izlərə toxunmaq olmaz

Qazi Asim Əliyev: Şuşanın qayalarına yazı yazmaq yox, onun tarixini qorumaq lazımdır

Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlar aparılır VİDEO

Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlar aparılır VİDEO

Ehtiyatda olan zabit: Şuşanı sevmək onun qayalarına ad yazmaq deyil, hər daşını qorumaqdır

Oğuz ziyalısı: Şəhidlərimiz öz adlarını tariximizə və ürəklərimizə əbədi yazıblar

“Bu, sənət deyil, təbiətə müdaxilədir” - rəssam Cıdır düzündəki yazılardan danışdı

Dosent: Tarixi və mədəni abidələrə hörmət milli mənəviyyatımızın göstəricisidir

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz: “Bu, subkulturadır” VİDEO

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz: “Bu, subkulturadır” VİDEO

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub VİDEO

“Cıdır düzündə qayalara ad yazılmasını düzgün qiymətləndirmirəm” - müharibə veteranı

Naxçıvanda zəncirvari qəza - 4 avtomobil toqquşub VİDEO

Naxçıvanda zəncirvari qəza - 4 avtomobil toqquşub VİDEO

Şəhid atası: Tarix yazan oğulların adını harasa yazmağa ehtiyac yoxdur

Sentyabrın 7-si üçün hava proqnozu: bəzi ərazilərə leysan və dolu düşəcək

Almatıda onkoloji xəstələr üçün robotlaşdırılmış aptek kompleksi istifadəyə verilib

Şəhid qardaşı: Şuşada hər daşın öz hekayəsi var

Etibar Hüseynova: Şəhidlərin xatirəsinə hörmətlə yanaşmalı, tarixi və mədəni irsimizi qorumalıyıq

“Orada oğullarımızın ayaq və qan izləri var, əlavə yazılara ehtiyac yoxdur” - şəhid anası VİDEO

“Orada oğullarımızın ayaq və qan izləri var, əlavə yazılara ehtiyac yoxdur” - şəhid anası VİDEO

Pərvin Kərimzadə: Şəhidlərin xatirəsi qorunmalı, tarixi irsimiz yaşadılmalıdır

Almaniyanın Saksoniya-Anhalt əyalətində parlament seçkiləri keçirilir

ADAU dosenti: Şəhidin adını daşın üzərinə yazmaq onu əbədiləşdirmir

Macarıstan istifadəsiz sənaye ərazilərini yaşayış məhəllələrinə çevirir

Sabah Bakıda hava kəskin dəyişəcək - yağış və güclü külək gözlənilir

Məktəb direktoru: Şəhidlərimizin adını daşlarda deyil, qəlblərdə yaşadaq

Deputat: Şuşanın qayaları xatirə dəftəri deyil, qan yaddaşımızın canlı salnaməsidir

Tural Gəncəliyev: Tarixi abidələrin qorunması ümumbəşəri məsuliyyətdir

Bu saata olan əsas xəbərlər

Şuşanın qayalarına yazılan şəhid adları ilə bağlı çağırış: “Bu, hörmət əlaməti sayıla bilməz”

Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb

Esvatininin Kralı Əlahəzrət III Msvatiyə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

Heykəltaraş: Daşın yaddaşına toxunmaq olmaz

Əlverişsiz hava yollarda vəziyyəti çətinləşdirə bilər - BDYPİ-dən xəbərdarlıq

QHT sədri: Tarixi-mədəni irsə qarşı hörmətsizlik qəbuledilməzdir

Vətən müharibəsi iştirakçısı: Qarabağın tarixi irsinə hörmətlə yanaşmaq hər birimizin borcudur

Şuşanın daş yaddaşına toxunmayaq

Cəsarət Hüseynzadə: Şuşanın divarlarına öz adımızı yazmağa deyil, onun adına layiq davranmağa borcluyuq

Ağdam rayonunda mina partlayışı baş verib

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazi: Şuşanın hər daşı, hər qayası xalqımızın keçdiyi ağır və şərəfli yolun canlı şahididir

Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?

Turizm eksperti: Şuşaya gələn hər kəs bu şəhərin tarixi və mənəvi əhəmiyyətini dərk etməlidir

Balakən ziyalısı: Şəhidlərə olan sevgimizi qayalara deyil, qəlblərə həkk etməliyik

Solomon adalarında 5,8 bal gücündə zəlzələ olub

Qubada Beynəlxalq Şahmat Festivalı start götürüb

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

İsrail Livanın cənubunu yenidən bombalayıb

Media: İran Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz aparatı vurub

Çində torpaq sürüşməsi baş verib: ölənlər var VİDEO

Çində torpaq sürüşməsi baş verib: ölənlər var VİDEO

Ukrayna ilə bağlı danışıqlara dair növbəti addımlar yaxın həftələrdə açıqlanacaq

ABŞ hərbçiləri Sakit Okeanda narkokartelə xidmət edən gəmiləri batırıb

V Haraldın dəfn mərasimində Britaniya Kralını şahzadə Uilyam təmsil edəcək

Almaniya Kansleri Fridrix Merts bəzi etiraflar edib

Pentaqon rəhbəri İranı hədələyib

“Phantom" tipli qırıcı təyyarə aviaşouda qəzaya uğrayıb

Müharibə əlili Tariyel Didarov: Tarixdə iz qoymaq istəyiriksə, ilk növbədə tariximizi qorumalıyıq

Peru hökuməti beş həbsxanada fövqəladə vəziyyət elan edib

Uşakov: Amerikalılarla danışıqlar konstruktiv keçib

İsrail ordusu Suriyanın bir sıra ərazilərini atəşə tutub

İran ordusu ABŞ-yə məxsus gəmilərə zərbələr endirib

Kreml görüşü 3 saatdan çox çəkib YENİLƏNİB

Yazıçı-publisist: Hər birimiz ölkəmizin tarixi-mədəni irsinə və milli yaddaşına hörmət etməliyik

Bundesliqa: “Bavariya” səfərdə xal itirib

Rəssam: Təbii mənzərəyə yad müdaxilə yolverilməzdir

Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb

İstanbul derbisi: "Fənərbağça" öz meydanında "Beşiktaş"a uduzub

Siyasi şərhçi: Mədəni irsin qorunması üçün ictimai məsuliyyət vacibdir

"Neftçi" öz meydanında "Şəfa"ya böyük hesabla qalib gəlib

Kinşasada toy mərasimində yanğın baş verib: 22 nəfər həlak olub