Mürvət Əsgərov: Şəhidlərimiz adlarını daşlara deyil, qanları ilə tarixə yazdılar
Bakı, 6 sentyabr, AZƏRTAC
Şuşa Azərbaycanın tarixi, mədəni və mənəvi yaddaşını özündə yaşadan şəhərdir. Buradakı hər daş, hər qaya xalqımızın keçdiyi şərəfli yolun, qəhrəmanlıq salnaməsinin bir parçasıdır. Bu torpaqlar minlərlə şəhidimizin qanı bahasına azad olunub və onların xatirəsinin qorunması hər bir vətəndaşın mənəvi borcudur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xətai Rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov bildirib. O qeyd edib ki, son günlər Şuşaya səfər edən bəzi turistlərin qaya daşlarının üstünə ad və müxtəlif yazılar həkk etməsi dərin təəssüf doğurur və bu cür davranış nə milli-mənəvi dəyərlərimizə, nə də tarixi irsimizə hörmət nümunəsidir.
“Şəhidlərimiz öz adlarını daşlara deyil, qanları ilə Azərbaycanın şanlı tarixinə əbədi həkk etdilər. Şuşanın qayaları, küçələri və abidələri bizim ortaq sərvətimizdir. Onlara zərər vurmaq, üstündə yazılar yazmaq qəbuledilməzdir. Bu şəhəri gələcək nəsillərə olduğu kimi, saf və bütöv şəkildə ötürməliyik. Tarixi abidələri qorumaq, şəhidlərimizin bizə əmanət qoyduğu Vətənə sahib çıxmaq hər birimizin vicdan və vətəndaşlıq borcudur”, – deyə Mürvət Əsgərov vurğulayıb.
Şəhid atası bütün vətəndaşları, xüsusilə gəncləri tarixi-mədəni irsə həssas yanaşmağa çağıraraq bildirib ki, Şuşanı qorumaq yalnız dövlət qurumlarının deyil, hər bir azərbaycanlının məsuliyyətidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [23:51]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:16]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [21:07]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:35]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:15]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [20:01]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:51]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:33]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [19:30]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [19:17]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:13]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [19:12]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [19:09]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [18:54]
Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb
- 01.10.2026 [18:45]
Cəlilabadda fərdi yaşayış evində yanğın olub
- 01.10.2026 [18:41]
Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb
- 01.10.2026 [18:20]
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
- 01.10.2026 [18:16]
Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
- 01.10.2026 [18:15]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:57]
Ali Məclisin deputatının mandatı ləğv edilib
- 01.10.2026 [17:54]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:53]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [17:46]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:39]
Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH
- 01.10.2026 [17:37]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [17:32]
“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
- 01.10.2026 [17:26]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:22]
Karib hövzəsi ölkələri ASAN modelini öyrənir
- 01.10.2026 [17:19]
Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
- 01.10.2026 [17:14]
Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
- 01.10.2026 [17:11]