Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belqradda Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Belqrad, 29 may, AZƏRTAC

Belqradda 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Əvvəlcə Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndirilib.

Çıxış edən ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov 97 il bundan əvvəl, 1918-ci il mayın 28-də tarixi “İstiqlal Bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və onun tarixindən bəhs edib. Səfir tədbir iştirakçılarına Azərbaycan xalqının uzun illər boyu apardığı milli azadlıq mübarizəsindən, 1991-ci ildə müstəqilliyimizin bərpasından danışıb. 28 mayın dövlətçilik tariximizdə ən parlaq və unudulmaz günlərdən biri olduğunu bildirən E.Həsənov müstəqil Azərbaycanın 1918-1920-ci illərdə müsəlman Şərqində ilk dünyəvi, hüquqi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu vurğulayıb.

E.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən əzəli və əbədi Azərbaycan torpağı olan ərazilərimizin - Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuzun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumat verib. Bildirib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması haqqında qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilməyib. Ermənistan tərəfi, eyni zamanda, ATƏT, Avropa Şurasının və digər nüfuzlu təşkilatların da münaqişə ilə bağlı qəbul etdikləri qətnamə və sənədlərə məhəl qoymayır. Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında - ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həllinə inanır, Serbiyanın ATƏT-in fəaliyyətdə olan sədri qismində səylərini artıracağına ümid bəsləyir.

Azərbaycan-Serbiya əməkdaşlığının sürətli inkişafından danışan səfir münasibətlərimizin yüksək səviyyədə olduğunu, son bir neçə ayda həyata keçirilmiş rəsmi səfərlərin bu əlaqələrə töhfə verdiyini diqqətə çatdırıb.

E.Həsənov “Bakı-2015” ilk Avropa Oyunları barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edilib ki, 20 idman növü üzrə keçiriləcək bu yarışlarda 6 mindən çox, o cümlədən Serbiyadan 130-dan artıq idmançının mübarizə aparacaq.

Səfir, eyni zamanda, Azərbaycanın müxtəlif mədəniyyətlərin kəsişdiyi və dini konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı tolerant ölkə olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər bir sahədə sürətli inkişafın müşahidə edildiyini, demokratik islahatlar, eləcə də irimiqyaslı enerji və nəqliyyat dəhlizi layihələrinin həyata keçirildiyini, Azərbaycanın müstəqil siyasət yürüdərək, iqtisadi sahədə dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildiyini və beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanındığını bildirib.

Azərbaycan xalqını 28 May - Respublika Günü münasibəti ilə təbrik edən Serbiyanın Baş nazirinin müavini Rasim Lyayiç ölkəsinin Azərbaycan ilə münasibətlərə müstəsna önəm verdiyini, dövlət başçılarımızın qarşılıqlı səfərlərinin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaratdığını bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan ilə Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı istək mövcuddur. O, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Qeyd edib ki, ötən ilin mayında Serbiyada sel və daşqınların törətdiyi ağır təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə Serbiya tərəfinin müraciəti əsasında Azərbaycan dərhal və təxirə salınmadan humanitar yardım göndərmiş ilk ölkələr sırasındadır. Bu səbəbdən R.Lyayiç dost Azərbaycan dövlətinə, xalqına və xüsusilə Prezident İlham Əliyevə öz dərin minnətdarlığını ifadə edib və bu nəcib hərəkətin Serbiya xalqı tərəfindən heç vaxt unudulmayacağını bildirib.

Tədbir Azərbaycanın tarixini, mədəniyyətini, ölkəmizin gündəlik həyatını, müstəqilliyin bərpasından sonra əldə edilmiş uğurları əks etdirən filmin, eləcə də “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı videoçarxın və “İlk Avropa Oyunları qədim Bakı torpağında” klipinin nümayişi ilə davam etdirilib.

Sonda tədbir iştirakçılarına Azərbaycanla bağlı materiallar, o cümlədən Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş kitab və jurnallar, eləcə də səfirliyimizin serb dilinə tərcümə etdirdiyi görkəmli Azərbaycan ədiblərinin əsərləri paylanılıb.

Tədbirdə Serbiya parlamentinin sədri xanım Maya Qoykoviç, bu ölkənin Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Rasim Lyayiç, energetika naziri Aleksandar Antiç, Avrointeqrasiya məsələləri üzrə nazir Yadranka Yoksimoviç, Serbiya Respublikası Prezidentinin müşaviri Oliver Antiç, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, deputatlar, siyasi partiyaların rəhbərləri, Serbiya Yazıçılar İttifaqının sədri Radomir Andriç, Serbiya Milli Olimpiya Komitəsinin təmsilçiləri, Belqrad şəhər meriyasının rəhbərliyi, xristian və müsəlman din xadimləri, ictimai və qeyri-hökumət təşkilatlarının, bu şəhərdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Serbiya-Azərbaycan Ticarət Palatasının, Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar və çox sayda KİV nümayəndələri iştirak ediblər.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Belqradda Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır