|

|
2013-cü il. Xalq Yazıçısı, nasir, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu vəfat edib (1923-2013). G.Hüseynoğlu oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır. “Ana” (1944), “Xəzərin qoynunda Bakı” (1957), “Bir ömrün çıraqları” (1958), “Poylunun gənc çobanı” (1958), “Etiraf” (1961), “Nigarançılığın sonu” (1963) kimi bir sıra əsərlərin müəllifidir. |