8 MART
8 mart- Beynəlxalq Qadınlar Günü. 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun iş gününə və pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı. 1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist hər il 8 mart gününü Beynəlxaq Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirmişdir. Bununla əlaqədar Prezident İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

1910-cu il. Fransalı baronessa Eliz De Laroş Fransa aeroklubunda təyyarə ilə imtahan uçuşu keçirib, bununla da, ilk qadın pilot adını və təyyarəni idarə etmək üçün pilot lisenziyasını qazanıb.

1911-ci il. Həm faciə, həm dram, həm də komediya janrlı tamaşaların mahır ifaçısı Azərbaycanın Xalq Artisti Ağadadaş Qurbanovun (1911-1965) ad günüdür. O, "Səbuhi", "Koroğlu", "Bir qalanın sirri", "Kölgələr sürünür" filmlərinə çəkilib. "Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda qastrol zamanı eyvanın uçması nəticəsində faciəli şəkildə həlak olmuşdu. A. Qurbanov tanınmış aktyorlar Hamlet və Gülşən Qurbanovların atasıdır.
1974-cu il. Parisin Şarl de Qoll adına Hava Limanı fəaliyyətə başlayıb.

2014-cü il. Malayziyanın paytaxtı Kuala-Lumpurdan Pekinə uçan və göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olan “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boenig 777-200” təyyarəsi yerli vaxtla saat 02:40-da radarların ekranlarından itib. İtən təyyarənin qalıqlarının axtarışı bir neçə gün davam etmiş və qəzanın səbəbləri və yeri ilə bağlı bir neçə versiya irəli sürülmüşdü. Ən müasir texniki vasitələrdən istifadə edilməklə, o cümlədən kosmosdakı peyklər vasitəsi ilə axtarışlar aparılmasına baxmayaraq təyyarənin qalıqlarına belə rast gəlinməyib. Həmin il martın 24-də isə Malayziya Baş naziri Nəcib Rezak “MH370” nömrəli aviareysi yerinə yetirən təyyarənin Hind Okeanına düşdüyünü, hava gəmisində olan şəxslərin hamısının həlak olduğunu açıqlayıb.
