Arda Turan “La Liqa”nın diqqət mərkəzindədir VİDEO
Bakı, 26 dekabr, AZƏRTAC
Arda Turanın “Barselona”dakı debütünü hər kəs maraqla gözləyir.
AZƏRTAC xəbər verir ki, “La Liqa”nın rəsmi kanalı türkiyəli futbolçunun dörd illik “Atletiko” karyerasına həsr olunmuş videoçarx hazırlayıb.
“Arda Turan - “Barselona”nın əsl istedadı” adlandırılan videoçarx izləyicilər tərəfindən də böyük maraqla qarşılanıb.