Bakıda Santa-Klausların veloyürüşü keçirilib VİDEO
Bakı, 28 dekabr, AZƏRTAC
Bakıda maraqlı veloyürüş təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyası və həvəskarlardan ibarət "Cyclemania" velosiped klubunun təşkilatçılığı ilə paytaxt küçələrində Santa-Klausların veloyürüşü keçirilib.
Dövlət Bayrağı Meydanından start götürən yürüşdə 100-ə yaxın həvəskar və peşəkar velosipedçi iştirak edib.
Yürüş paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.