Millinin baş məşqçiləri Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər VİDEO
Bakı, 30 dekabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan yığmalarının baş məşqçiləri yeni il təbrikləri ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, millimizin çalışdırıcısı Robert Prosineçki və qızlardan ibarət U-21 yığmamızın baş məşqçisi Patrisia Qonzales Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
R.Prosineçki və P.Qonzales təbriklərini AFFA-nın “youtube” səhifəsi vasitəsilə çatdırıblar. Hər iki məşqçi 2016-cı illə bağlı qısaca planlarından da söz açıblar.