SİYASƏT
Tarja Halonen: Azərbaycan qlobal iqtisadi böhran şəraitində də regionda liderliyini qoruyur VİDEO
Bakı, 10 mart, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzində gənc ruhlu insanların toplaşması sevindirici haldır. Qurum böyük işlər həyata keçirir. IV Qlobal Bakı Forumu beynəlxalq səviyyədə böyük dəstək qazanıb və bütövlükdə Avropaya açıqdır.
AZƏRTAC xəbər verir ki, bunu IV Qlobal Bakı Forumunda iştirak edən Finlandiyanın sabiq prezidenti Tarja Halonen jurnalistlərə açıqlamasında deyib.
Azərbaycanın iqtisadi inkişafının gündən-günə sürətləndiyini vurğulayan Finlandiyanın sabiq prezidenti ölkəmizin Avropa İttifaqına daxil olan digər dövlətlərlə əlaqələrinin genişlənməsinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan qlobal iqtisadi böhran şəraitində də regionda liderliyini qorumaqdadır.
Tarja Halonen deyib: “Ölkəniz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfələr verir. Qlobal iqtisadiyyatın inkişafında və sabitləşməsində önəmli rol oynayır”.