Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mixail Qusman: Mən də valideynlərim kimi Vətənim Azərbaycanı çox sevirəm VİDEO

Görkəmli alim və pedaqoq Revekka (Lola) Barsukun 100 illik yubileyinə həsr edilən elmi-praktik konfransda onun Azərbaycan elminə və ictimai həyatına verdiyi böyük töhfələrdən bəhs olunub

Bakı, 25 aprel, AZӘRTAC

Aprelin 25-də Azərbaycan Dillər Universitetində Təhsil Nazirliyinin dəstəyi ilə görkəmli alim, tanınmış pedaqoq, professor Revekka (Lola) Barsukun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Lola Barsukun oğlu Mixail Qusman, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, elm və ictimaiyyət nümayəndələri, tələbələr iştirak ediblər.

Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov ixtisaslı kadrların hazırlanmasında, elmin inkişafında Lola Barsukun böyük əmək sərf etdiyini xatırladıb. L.Barsukun bilinqvizm sahəsi üzrə tədqiqatlar apardığı, universitetin elmi potensialını artırmaq üçün mütəxəssislər cəlb etdiyi, onlarla elmi və pedaqoji kadrlar hazırladığı diqqətə çatdırılıb.

ADU-nun linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, dosent Əmralı Şirəliyev, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Günay Şirəliyeva L.Barsukun Azərbaycanda pedaqoji kadr hazırlığında rolundan, pedaqoji və ictimai fəaliyyətindən danışıblar. Qeyd edilib ki, xarici dillərin tədrisi metodikası kafedrasının yaradılması onun adı ilə bağlıdır. Alim öz fəaliyyətində pedaqogika ilə yanaşı, xarici dillərin tədrisi sahəsində dilçilik və psixologiya elmlərinin tətbiqinə də xüsusi fikir verirdi. L.Barsuk nəinki Azərbaycanda, həmçinin keçmiş sovet ittifaqında tanınmış alim olub. O, Xarici Dillər İnstitutunda (hazırda Azərbaycan Dillər Universiteti) ingilis dili müəllimi, xarici dillər kafedrasının müdiri, 17 il bu ali təhsil ocağının prorektoru vəzifələrində çalışıb. Azərbaycanda bilinqvizm sahəsində elmlər doktoru dissertasiyası müdafiə edən ilk tәdqiqatçılardandır. Çıxışlarda L.Barsukun elmi vә pedaqoji irsinin daha geniş öyrənilməsinə ehtiyac olduğu vurğulanıb.

Bu gün universitetin tarixində böyük səhifə açmış bir alimin yubileyinin qeyd olunduğunu deyən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu belə tədbirlərin geniş dünyagörüşlü gənc nəslin yetişdirilməsində mühüm rol oynadığını bildirib. “Mən Lola Barsukun oğulları Yuli vә Mixail Qusmanlarla uzun illərdir dostluq edirəm. Onlar çox vətənpərvər insanlardır, daim Azərbaycanın yanındadırlar vә həmişə Bakıda doğulduqlarına görə fəxr etdiklərini vurğulayırlar. Bütün bunlar onların ailəsindən qaynaqlanır”, - deyə səfir vurğulayıb.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov L.Barsukun Azərbaycanda elmin inkişafında mühüm rol oynadığını, hazırda gənc kadrların yetişdirilməsində istifadə edilən onlarla elmi-pedaqoji əsərlərin müəllifi olduğunu söyləyib. İndi bu ailə ənənəsinin Yuli və Mixail Qusmanlar tərəfindən davam etdirildiyini bildirən A.Aslanov deyib: “Bu ziyalı ailə Azərbaycanın elmi və ictimai həyatına böyük töhfələr verib. Mixail Qusman görkəmli jurnalist, dünyanın nəhəng media strukturlarından biri olan TASS agentliyinin baş direktorunun birinci müavini kimi öz doğma Vətəni Azərbaycana daim dəstəyini nümayiş etdirir. O, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının baş katibi, Dünya Xəbər Agentlikləri Konqresinin Büro üzvüdür. Mixail Qusman dünyanın bir çox dövlət və hökumət rəhbərləri ilə müsahibələrin müəllifidir”.

A.Aslanov Qusmanlar ailəsi ilə bağlı fotoalbomu Mixail Qusmana təqdim edib.

Sonra çıxış edən Mixail Qusman konfransın təşkilinə görə Təhsil Nazirliyinə və ADU-nun rəhbərliyinə minnətdarlığını ifadə edib. “Sonuncu dəfə bu zalda anamı son mənzilə yola salanda olmuşam. İndi burada onun 100 illik yubiley tədbirində iştirak edirəm. Burada çıxış edən hər kəsə xatirələrinə və fikirlərinə görə dərin təşəkkürümü bildirirəm. Valideynlərim Azərbaycanı çox seviblər və vətənpərvər olublar. Mən də onların övladları kimi Vətənimi çox sevirəm. Xoşbəxtəm ki, bu ölkədə anadan olmuşam. Azərbaycanda həmişə hər bir millətin nümayəndəsi rahat yaşayıb. Mənim oğlum da ABŞ vətəndaşlığı seçmək şansı olduğu halda, Azərbaycan vətəndaşlığını seçib”, - deyə M.Qusman qeyd edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov nazir Mikayıl Cabbarovun salamlarını tədbir iştirakçılarına çatdıraraq deyib: “Lola Barsuk kimi alimlərin elmi irsini və ənənələrini qoruyub saxlamaqla Azərbaycanda təhsilin səviyyəsini qaldıra bilərik. Görkəmli pedaqoq olan Lola Barsukun müəllimlik ənənələri hər bir müasir kadr üçün böyük məktəbdir. Onun müəllifi olduğu elmi əsərlər və dərsliklər indi də pedaqogika sahəsində istifadə olunur”.

Tədbirdə görkəmli alimin tələbələri onunla bağlı xatirələrini bölüşüb, xeyirxah əməlləri ilə insanların talelərində böyük dönüş yarada bilən müəllim kimi yadda qaldığını qeyd ediblər.

Mixail Qusman: Mən də valideynlərim kimi Vətənim Azərbaycanı çox sevirəm VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti iki gün hava əsasən yağmursuz keçəcək – PROQNOZ

“Səbail” baş məşqçisi ilə yollarını ayırıb

Ziyafət Əsgərov: Əsas məqsədimiz Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasıdır

Pakistanın Federal Ombudsmanı: Süni intellekt insan mərkəzli yanaşma ilə tənzimlənməlidir

Peşə təhsili müəssisələri Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur

ADPU “QS dünya universitetləri reytinq”ində 1201–1400-cü yerlər aralığında qərarlaşıb

Nazir müavini: Türkiyə beynəlxalq bazarlarda 12 dövlət sukuku emissiyasını uğurla həyata keçirib

Kimya İnstitutunda yeni katalitik sistem üzrə tədqiqat aparılıb

Ekspert: Müəllimlərin tədris prosesinə vahid geyim formasında cəlb olunmasının müsbət təsirləri çoxdur

Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb

Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib

Nazir: Sukuklardan yalnız müsəlman ölkələri deyil, qeyri-müsəlman dövlətlər də geniş istifadə edir

Hadi Əl-Yami: Dövlətlər süni intellekt üzrə milli fəaliyyət planları hazırlamağa təşviq edilməlidir

Ağasəlim Mircavadov: Azərbaycan klublarının avrokuboklardakı rəqiblərini zəif hesab etmək olmaz

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Astanada ölkəmizin səfirliyini ziyarət edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il 23 fevral tarixli 20/01-002 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin QƏRARI

Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq

Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib

Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans

Litva hökuməti iyunun 23-də istefa verəcək

BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın nəqliyyat və aviasiya sahələrindəki təcrübəsindən danışılıb

Malayziya Mərkəzi Bankı: Hazırda qlobal dövriyyədə olan sukukların həcmi 1 trilyon dolları ötür

Xamis Seyranov: Kadr hazırlığı və texnoloji yenilənmə metrologiyanın gələcəyini formalaşdırır

Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək

Özbəkistan üçün tarixi məqam

UNEC dünyanın ən yaxşı 634-cü universitetidir

Milli Kitabxanada İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açılıb

Beş ayda ölkədə istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb

İşğal dövründə Azərbaycan ərazilərində qəbiristanlıqlar vandalizmə məruz qalıb

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 5 faizdən çox artıb

Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb

Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO

Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO

Şotlandiyalı peşəkar boksçu faciəvi şəkildə vəfat edib

Qəbul imtahanında 400 bal toplayan abituriyent: Dərslərimə hər zaman ciddi yanaşmışam

Amina Buayaş: Süni intellektin nəzarətsiz istifadəsi fundamental hüquqları təhlükə altına salır

Fransa hökuməti yüksəkvəzifəli məmurlar üçün məcburi narkotik testləri tətbiq edəcək

Elbrus İsayev: Qərbi Azərbaycan minilliklər boyunca formalaşmış tariximizin, mədəniyyətimizin və mənəvi köklərimizin ayrılmaz hissəsidir

Nigerin paytaxtında hava limanı ərazisində partlayış və atışma səsləri eşidilib

Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır

XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO

XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO

Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub

İƏT Komissiyasının direktoru: Süni intellektə yalnız risk mənbəyi kimi baxmaq olmaz

Moskvaya dron hücumları nəticəsində aeroportların işində problemlər yaranıb

Bu saata olan əsas xəbərlər

Əl-Casir: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik

AzMİU ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan simfonik musiqisinin banilərindən biri – Cövdət Hacıyev

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

Hadi Əl-Yami Azərbaycanın rəqəmsal transformasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirib

Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur

“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir VİDEO

“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir VİDEO

Bu ilin beş ayında əlilliyi olan 6700 şəxsə 281 min reabilitasiya vasitəsi verilib

Musa Qasımlı: Azərbaycan təhlükəsizlik və insan hüquqları sahəsində nümunə göstərir

Əli Əhmədov: Təhsil, elm və səhiyyə sahələrində Azərbaycan-Rusiya əməkdaşlığı məzmunu və dinamik inkişafı ilə fərqlənir

III ixtisas qrupunda ən yüksək nəticəni göstərən Zeynəb Quliyeva: Hüquqşünas olmağı planlaşdırıram

İkinci rübdə neft daşınmalarının 4,8 faiz azalması gözlənilir

Elm və təhsil naziri: Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib

Konstitusiya Məhkəməsinin sədri: Gələcəyin hüquq sistemi insan mərkəzli inkişaf konsepsiyası üzərində qurulmalıdır

Beş ayda külək elektrik stansiyalarından istehsal 67 dəfəyə yaxın artıb

Fərhad Abdullayev: Süni intellekt məhkəmə sistemində böyük imkanlar yaradır

Bu il qlobal neft tələbatının gündəlik 103,2 milyon barelə enəcəyi gözlənilir

Əli Əhmədov: Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi qanunvericilik fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edir

Konstitusiya Məhkəməsinin sədri: Süni intellekt hüquqi dövlət prinsipləri kontekstində qiymətləndirilməlidir

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28 faiz artıb

BDU QS reytinqində 565-ci yerə yüksəlib

Bu ilin 5 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 6,3 faiz artım qeydə alınıb

Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Pakistan daha 485 nəfər əfqan məhbusu azad edib

AQTA: Ölkəmizdə təkdırnaqlı heyvanlar arasında epizootoloji vəziyyət sabitdir

Azərbaycan Ombudsmanı süni intellektin insan hüquqlarına təsirini araşdırır

Səlahiyyətli nümayəndə: Festival-konqres Qərbi Azərbaycanın zəngin irsinin yaşadılmasına və təbliğinə mühüm töhfə verəcək

Rusiya Federasiya Şurası sədrinin birinci müavini humanitar əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında xüsusi rolunu vurğulayıb

Laçında işəgötürənlər və işçilər əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Xalq artisti: Missiyamız zəngin musiqi ənənələrimizi gənclərə öyrətmək və yaşatmaqdır VİDEO

Xalq artisti: Missiyamız zəngin musiqi ənənələrimizi gənclərə öyrətmək və yaşatmaqdır VİDEO

Ronaldu dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir

ADNSU QS dünya universitetləri reytinqində irəliləyərək 711-ci yerə yüksəlib

Ötən ay qeyri-OPEC+ üzrə neft tədarükü sutkada 58,5 milyon barelə çatıb

DİN: Axtarışda olan 148 nəfər saxlanılıb

Ombudsman: Azərbaycanda süni intellektin tətbiqi insan hüquqlarına əsaslanan prinsiplər üzərində qurulur

® Mərkəzi Gömrük Hospitalının transplantoloqu “Tərəqqi” medalı ilə təltif olunub

Andrey Yatskin: Rusiya və Azərbaycan liderləri ikitərəfli əməkdaşlığın strateji vektorunu müəyyənləşdirirlər

Azərbaycandan nəql olunan qazın 54 faizi Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb

Quş qripi Avstraliyada dəniz fili balalarının 76 faizinin ölümünə səbəb olub

Akustik kriminalistikanın elmi problemlərinə dair tədqiqat aparılır

Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciəti strateji baxışın konseptual təqdimatıdır - ŞƏRH

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Mayda qlobal neft tədarükü gündəlik 94,47 milyon barelədək geriləyib

Andrey Yatskin: Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlığı müntəzəm və sistemli əsasda inkişaf edir

Yardımlıda 6500 ədəd xaş-xaş kolu məhv edilib

Formula 1: “Maklaren” FIA-nın qərarından apellyasiya şikayəti verib

II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyent: ADA Universitetində təhsil almaq istəyirəm

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Prezident: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir

Ülvi İsgəndərov: Bakı klublarından təkliflər var idi, amma “Araz-Naxçıvan” mənim üçün doğmalaşıb - MÜSAHİBƏ

Əli Əhmədov: Parlamentlərarası Komissiya Azərbaycan-Rusiya dialoqunun inkişafında mühüm platformadır

Yaponiyada dağlarda köməksiz qalan xarici turistlərin sayı rekord həddə çatıb

Çində daşqınlarla əlaqədar 40 minə yaxın sakin təxliyə olunub

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir VİDEO

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir VİDEO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib

“Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına