Erməni silahlı birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir VİDEO
Tərtər, 27 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Erməni silahlı birləşmələri Tərtər rayonunun təmas xəttinə yaxın ərazilərdəki yaşayış məntəqələrinə artilleriya zərbələri endirməkdə davam edir.
Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, erməni silahlıları tərəfindən aprelin 26-dan 27-nə keçən gecə yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində rayonun Yuxarı Qapanlı və Əskipara kəndlərində 4 fərdi yaşayış evinə ziyan dəyib.
Düşmənin atəşi nəticəsində 35 kilovoltluq İsmayılbəyli elektrik hava xətti sıradan çıxıb, rayonun 11 kəndində elektrik enerjisi kəsilib. Hazırda elektrik xəttinin bərpası istiqamətində işlər görülür.