REGİONLAR
Bjorn Geldhof: Məqsədimiz insanları müasir incəsənət barədə məlumatlandırmaqdır VİDEO
Qax, 8 iyul, Mustafa Dadaşov, AZƏRTAC
“Zamanın izləri” adlı sərgini Qaxda açdıq və bu sərgi başqa regionda da təqdim olunacaq. Əsas məqsədimiz Bakıya gələ bilməyən, mərkəzimizdə olmayan insanları, gəncləri, uşaqları, ailələri sərgiyə cəlb etmək, onları müasir incəsənət barədə məlumatlandırmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri YARAT Müasir İncəsənət Məkanının direktoru və bədii rəhbəri Bjorn Geldhof Qaxda jurnalistlərə müsahibəsində deyib.
Regionlarda ilk sərginin Qaxda açıldığını bildirən YARAT-ın direktoru bu rayonda ilk dəfə olduğunu, Qaxın təbiətinin rəngarəngliyinin, yaşıllığının onun çox xoşuna gəldiyini vurğulayıb.