Fransanın TV5 kanalında Azərbaycanla bağlı sənədli film yayımlanıb VİDEO
Paris, 7 sentyabr, AZƏRTAC
Fransanın TV5 televiziya kanalında Azərbaycanla bağlı sənədli film yayımlanıb.
Filmdə ölkəmizin tarixindən, yeraltı və yerüstü sərvətlərindən, qeyri-maddi mədəni irsindən, mətbəxindən, xalqımızın adət-ənənələrindən danışılır.
Sənədli filmdə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş İşərişəhər kompleksi, Qobustan Dövlət Bədii-Tarixi Qoruğu, ölkəmizin ərazisindəki palçıq vulkanları, eləcə də Yanardağ haqqında da məlumat verilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris