REGİONLAR
ADAU-da iqlim dəyişikliklərinə uyğunlaşma planı ilə bağlı məsələlər müzakirə olunub
Gəncə, 30 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən iqlim dəyişikliklərinə uyğunlaşma layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədbir keçirilib.
Tədbirdə Universitetin Elmi işlər üzrə prorektoru, dosent Azad İbrahimov, BMT İnkişaf Proqramının Ekoloji layihələr üzrə koordinatoru Çingiz Məmmədov, layihənin meneceri Zaur Əliyev, layihənin assistenti Cəvahir Muradova, professor-müəllim heyəti, tələbələr və ekspertlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin əsas məqsədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Azərbaycanın iqlim dəyişikliklərinə uyğunlaşma planının hazırlanmasına kömək göstərməkdir.
Sonra iqlim dəyişikliklərinin kənd təsərrüfatı və su sektoruna təsirləri barədə təqdimatlar edilib. Qeyd edilən mövzu ətrafında müzakirələr aparılıb.
Sonda ekspertlər tərəfindən suallar cavablandırılıb.