DÜNYA


Əbu-Dabi aeroportunda yeni sərnişin terminalı sınaqdan keçirilib

Əbu-Dabi, 21 iyul, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabinin hava limanında “Midfield Terminal”ın ildə 30 milyon nəfər buraxılış qabiliyyətinə malik olan yeni sərnişin terminalının sınaqları həyata keçirilib.

AZƏRTAC Əmirliklərin “Khaleej Times” nəşrinə istinadla xəbər verir ki, sınaqlarda “Etihad” aviaşirkətinin uçuşa tam hazırlıq dövrünü keçmiş iki təyyarəsi - “Airbus A330-200” və “Airbus А330-300”dən istifadə olunub, həmçinin təyyarənin yerə enməsi, təyyarədən çıxma, baqajın alınması və pasport nəzarətindən keçməni təqlid edən 800 könüllü fəaliyyət göstərib.

Qeyd olunur ki, yeni müasir terminalın işə salınması ilə hava limanının buraxılış qabiliyyəti azı iki dəfə artacaq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.