Ağırlıqqaldıranımız Nazilə İsmayılova Afrika çempionatının qalibi olub
Bakı, 15 may, AZƏRTAC
Tunisdə keçirilən ağır atletika üzrə 33-cü Afrika çempionatına start verilib. Yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.
AZƏRTAC Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, ilk olaraq millimizin üzvü Nazilə İsmayılova körpücük üzərinə çıxıb. O, 45 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Atletimiz uğurlu çıxışla yadda qalıb.
Nazilə İsmayılova birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kiloqram çəkini ram edib, toplam 132 kiloqram (60+72) nəticə göstərib.
Bu göstərici ilə o, bu çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olub.
Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.02.2026 [13:50]
Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb VİDEO
- 14.02.2026 [10:00]
Misli Premyer Liqası: Tura “Qarabağ”ın oyunu ilə start verilir
- 14.02.2026 [09:00]
Azərbaycan səmasının keşikçiləri – FOTOLAR
- 14.02.2026 [08:30]
Fevralın 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür
- 14.02.2026 [06:12]
Türkiyə klubu almaniyalı baş məşqçi ilə vidalaşıb
Fransada irqçiliklə mübarizə gücləndiriləcək
- 13.02.2026 [23:57]
Türkiyə Superliqası: "Qalatasaray" 3 xalı darmadağınla qazanıb
- 13.02.2026 [23:08]
Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq
- 13.02.2026 [22:41]
Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb
- 13.02.2026 [22:07]
“Dastan” brendinin yeni kolleksiyasının təqdimatı keçirilib
- 13.02.2026 [21:54]
Bəxtiyar Vahabzadənin xatirəsi Şəkidə yad edilib
- 13.02.2026 [21:05]
Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub
- 13.02.2026 [20:29]
Türkiyədəki əcnəbilərin demək olar yarısı İstanbulda və Antalyada yaşayır
- 13.02.2026 [20:20]
Praqadakı Azərbaycan Mədəniyyət Evində ədəbi axşam təşkil olunub
- 13.02.2026 [20:16]
Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yüksək qiymətləndirilib
- 13.02.2026 [19:34]
Antalya hava limanında qalxış zamanı təyyarənin təkərləri yerindən çıxıb
- 13.02.2026 [19:22]
WUF13 Könüllülük Proqramı çərçivəsində təlimlər başlayır
- 13.02.2026 [19:19]
Fuad Nəsirov: Yaradıcılığımın əsas xətti emosiya və milli motivlərdir
- 13.02.2026 [19:11]
“İncəsənət müəllimlərinin qış məktəbi” başlayıb
- 13.02.2026 [18:36]
MDU və AzTU “Azərbaycan İES”də birgə elmi-praktik tədbir keçirib
- 13.02.2026 [18:30]
Azərbaycan mətbəxi Kolumbiyada təqdim olunub
- 13.02.2026 [18:17]
Süni intellektli gələcəyə baxış MƏQALƏ
- 13.02.2026 [18:15]
Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olunub
- 13.02.2026 [17:55]