İDMAN


“Alfa Romeo” 2020-ci ildən sonra “Zauber”lə əməkdaşlıq etməyəcək

Bakı, 21 oktyabr, AZƏRTAC 

Belə şayiələr dolaşır ki, “Alfa Romeo”nun “Zauber”lə əməkdaşlığı 2020-ci ildən sonra, çox güman, başa çatacaq. AZƏRTAC xəbər verir ki, bunu jurnalist Co Seyvud öz səhifəsində yazıb.

Belə olan halda komandanın sahibləri belə bir miqyaslı başqa sponsor axtarmalı və ya komandanın xərclərini müstəqil ödəməli olacaqlar.

Seyvud yazır ki, bu il komandanın nəticələri yetərincə məyusedicidir. Kollektivin içində ikitirəlik var, amma əməkdaşlar da, rəhbərlik də kamera qarşısında gülümsəməyə çalışırlar. Paddokda deyirlər ki, “Zauber”in faktiki olaraq “Ferrari”nin törəmə komandasına çevrilməsi yanlış addım olub. Yaxşı olardı, İsveçrə kollektivinin rəhbərliyi “Honda” ilə danışıqları axıra çatdırsın, çünki onun motorları “Red Bull” və “Toro Rosso” bolidlərində sınaqdan yaxşı çıxıb.

“Honda” 2020-ci ildən sonra “Zauber”ə kömək etməkdə əvvəlki kimi maraqlı ola bilər. Belə ki, şirkət bu yolla yapon pilotları Formula 1-də irəlilətmək imkanı əldə edərdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.