ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutu ilə Misir Milli Kitabxanası arasında  əməkdaşlığa dair müqavilə imzalanıb

Bakı, 26 sentyabr, AZƏRTAC 

Sentyabrın 26-da Misir Milli Kitabxanasının və Arxivinin müdiri Əhməd Seyid Məhəmməd Şövki və bu ölkənin Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

AZƏRTAC xəbər verir ki, görüşdə Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri, burada aparılan elmi araşdırmalar barədə məlumat verib.

Azərbaycan-Misir əlaqələrinin əhəmiyyətini qeyd edən akademik T.Kərimli Əlyazmalar İnstitutu ilə Misir Milli Kitabxanası arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Əhməd Seyid Məhəmməd Şövki Misir Milli Kitabxanasında Azərbaycanla bağlı əlyazmaların da olduğunu deyib.

Qonaq Misir Milli Kitabxanası ilə Əlyazmalar İnstitutunun əlaqələrinin uğurlu olacağına əminliyini bildirib.

Əhməd Sami Elayd,i Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavinləri Aybəniz Əliyeva-Kəngərli və Paşa Kərimov əlyazmaların qarşılıqlı şəkildə araşdırılmasının önəmli məsələ olduğunu diqqətə çatdırıblar.

Misirli qonaqlar 1500 səhifəlik əlyazma surətinin elektron variantını Əlyazmalar İnstitutuna hədiyyə ediblər.

Sonra əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədi T.Kərimli və Ə.Şövki imzalayıblar.

Müqavilədə mütəxəssis mübadiləsi, birgə elmi məcmuələrin nəşri, hər iki ölkədə əlyazma və nadir kitablardan istifadə üçün imkanların yaradılması və digər məsələlər nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.