İQTİSADİYYAT


Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb

Bakı, 21 yanvar, AZƏRTAC

2018-ci ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 47 milyon 720 min ton, yük dövriyyəsi isə 10 milyard 428,8 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 30 milyon 153,8 min tonu və ya 63,2 faizi avtomobil nəqliyyatı, 11 milyon 316,9 min tonu və ya 23,7 faizi dəmir yolu, 6 milyon 249,3 min tonu və ya 13,1 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 17,9 faizini və ya 8 milyon 520,3 min tonunu tranzit yüklər təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.