Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidentinin cəbhəboyu rayonlara səfəri zamanı səsləndirdiyi fikirlər mühüm ismarışlardır

Azərbaycan Prezidentinin cəbhəboyu rayonlara səfəri zamanı səsləndirdiyi fikirlər mühüm ismarışlardır

Bakı, 5 iyun, AZƏRTAC

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva AZƏRTAC-a müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin cəbhəboyu rayonlara səfəri və səfər zamanı Ali Baş Komandanın verdiyi ismarışların məqsədyönlü xarakter daşıdığını diqqətə çatdırıb.

- Qənirə xanım, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Tərtər, Ağdam və Ağcabədiyə səfəri zamanı bir sıra mühüm tədbirlərdə iştirak etdi. Dövlətimizin başçısı yerli əhalinin nümayəndələri ilə görüşdə ictimaiyyətə mühüm mesajlar verdi. Bununla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı?

- Prezident İlham Əliyevin bütün səfərləri - istər ölkə daxilində, istərsə də xaricdə - həmişə özünə diqqət tələb edən hadisə olmaq etibarilə çox önəmli mesajlarla yadda qalır. Bu səfər də istisna deyil. Bununla belə, Tərtəri, Ağdamı, eləcə də Ağcabədini və səfər tarixini fərqli qılan bir xeyli səbəblər var. Ən azı onu xatırlayaq ki, Tərtər 2016-cı ilin Aprel döyüşlərində düşmənin diş qıcadığı, öz ağılları ilə yeni işğalçılıq planlarını cızdığı rayon idi. Bu barədə Azərbaycan Prezidentinin Tərtərdəki çıxışında da deyildi. Ağdam işğaldan öncə düşmənin göz dağı olub, işğala uğramamış, yaxud azad edilmiş kəndləri, qəsəbələri ilə yenə göz dağıdır. Ağcabədidə çoxsaylı məcburi köçkün həmvətənimiz məskunlaşıb və hər üç rayon öz ərazisi etibarilə ya ön cəbhədir ya da ön cəbhə üçün çox önəmli rayonlarımızdır. Mən özüm sərhəd rayonunda böyümüşəm, sonra telejurnalist olmuşam. Nəhayət, 2005-ci ildən Milli Məclisin deputatıyam və ön cəbhə, gərgin döyüşlər, ölüm-itim nə deməkdir, yaxşı bilirəm. Ona görə də, nəyi, nə vaxt, harada və necə etmək lazımdır sualının ən doğru cavablarını bilən ali dövlət rəhbərliyimiz, şəxsən Ali Baş Komandanımız bu səfəri təsadüfən planlaşdırmayıb. Prezident İlham Əliyevin məhz bu günlərdə Tərtərdə, Ağcabədidə verdiyi ismarışlar məqsədyönlü xarakter daşıyır.

- Siz daha çox işğalçı ölkəyə ünvanlanmış̧, işğal faktı və bundan irəli gələn məsələlər barədə fikirləri nəzərdə tutursunuz?

- Bəli. Biz səfər müddətində açılışı edilmiş müəssisələrin öz funksiyasına, təyinatına uyğun dəyərini bilirik, alqışlayırıq. Bununla belə, ölkəmizin “bir nömrəli problemi, hər düşünən vətəndaşımız üçün də “bir nömrəli vəzifə” olan ərazi bütövlüyü məsələsinə, düşmən işğalına son vermək barədə görülmüş işlərə daha çox diqqət yetirməliyik, o barədə danışmalı, iş görməliyik. Məhz bu səbəbdən məcburi köçkünlər üçün “Qobu Park - 3” yaşayış̧ kompleksinin açılışının 28 May - Respublika Gününə təsadüf etməsi və bu kompleksdən daha yaxşılarının işğaldan azad edəcəyimiz yaşayış məntəqələrimizdə salınacağı ilə bağlı dövlətimizin başçısının səsləndirdiyi fikirlər və bunun ardınca onun ön cəbhənin yerləşdiyi rayonlara səfər etməsi heç də təsadüfi deyil. Səfər müddətində hərbçilərlə görüş də daxil olmaqla, ümumilikdə bütün görüşlər və bu tədbirlərdə səsləndirilən fikirlər vətəndaşımıza da, torpaqlarımızı işğal altında saxlayanlara da çox aydın və mühüm əhəmiyyətli ismarışlardır. Burada açıqca hiss olunan və vətəndaş̧ olaraq qürur duyduğumuz məqamlardan bəzisini fərqləndirmək üçün belə ümumi mənzərəyə baxmaq kifayətdir. Baxın, əgər dövlət ön cəbhəyə yaxın ərazidə müəssisələr açırsa, bu, özgüvəndir, ordumuzun qüdrətinə əminliyin ifadəsidir, gələcək planların bu günə inikasıdır. Düşmənin qeyri-qanuni məskunlaşma siyasəti, qeyri-qanunu tikintiləri heç bir perspektiv vəd etmir və onların qarantiyası yoxdur, ola da bilməz. Ancaq biz doğma torpaqlarımızda dövlətimizin qüdrətinə və ordumuza güvənərək bu işləri görürük, görəcəyik. Guya, işğalçılar bunu başa düşmürlərmi? Guya, işğalçılar həqiqi statistikaya, ordularının psixoloji durumuna, təminatına, əsgərlərlə komplektləşdirmə problemlərinə bələd deyillərmi? Buna qarşılıq ortada iqtisadiyyatı, ordusu, vətənpərvər gəncliyi, haqq işə inanan əhalisi ilə Azərbaycan var. Biz, mütləq qalib gələcəyik. Bizim işimiz haqq işidir, bizdə dövlət-xalq birliyi mövcuddur və işğalçılardan fərqli olaraq, siyasi qibləmiz öz ölkəmizdədir, xərclərimizi özümüz qarşılayırıq. Ona görə də Prezidentin özünün də vurğuladığı kimi, işğalçılar da, o torpaqları öz güclərinə işğalda saxlamadıqlarının, tutduqları yanlış yoldan nə qədər tez çəkilsələr, bunun məhz özlərinin xeyrinə olduğunu idrak etməlidir. Yoxsa, Paşinyanın iki gündən bir əyninə hərbi səhra geyimi geyib Şuşaya, Xankəndinə gəlməsi ilə, oğlunu Qarabağa xidmətə göndərməsi ilə, torpaqlarımızı işğal altında saxlamaqla “demokrat qiyafəsi”ni də qorumağa çalışması, üstəlik, həyat yoldaşının da qeyri-səmimi sülh çağırışları etməsi həqiqətdən çox uzaqdır.

- Qənirə xanım, parlamentin Mədəniyyət komitəsinin sədri kimi, “Azərxalça”nın Tərtər filialının açılması və xalçaçılığın inkişafı ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

- “Azərxalça”nın Tərtər filialının açılması çox sevindiricidir. Orada müxtəlif ölçülü 43 dəzgah yerləşdirilib. Həmin dəzgahlarda milli ornamentli Azərbaycan xalçaları toxunacaq və o sırada əsas üstünlük orijinal Qarabağ xalça çeşnilərinə veriləcək. Dövlət başçısına verilən məlumatda deyildiyi kimi, bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın bölgələrindən toplanılan qədim xalçaları əsasında hazırlanıb.

Bildiyiniz kimi, Azərbaycanda xalçaçılıq tətbiqi sənət növü kimi, özündə qədimliyi və çağdaşlığı birləşdirir. Rəsmi və mənəvi sərhədlərimiz daxilində zaman-zaman aparılmış̧ arxeoloji qazıntılara, yazılı qaynaqlara görə, bizim xalça toxuculuğumuz 5 min il bundan öncəyə - uzaq tunc dövrünə gedib çıxır. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada şöhrət qazanıb, xalçalarımız dünyanın ən məşhur muzeylərini bəzəməkdədir. Hazırda xalça sənətimiz özünün dirçəliş dövrünü yaşamaqdadır. Dövlətimizin, şəxsən Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqları, imzaladığı sərəncamlar xüsusi önəm daşıyır.

Artıq ən yeni dövr Azərbaycan mədəniyyət tarixinin, çağdaş̧ mədəniyyətimizin fenomeninə çevrilən “Azərxalça”nın rəssamları tərəfindən görülən işlər yüksək qiymətə layiqdir. Beləliklə, həm əhalinin məşğulluq probleminin həllində ciddi addım atılmış̧ olur, həm bir neçə vətəndaşımız dədə-baba yurdunda yüksək əməkhaqqı ilə çalışmaq və qədim sənət növü ilə məşğul olmaq imkanı qazanır.

Onu da deyək ki, xalçaçılığın inkişafı da mənfur işğalçılara bir zərbədir. Bildiyiniz kimi, düşmən bizim çeşniləri öz adına çıxmaq mərəzindən qurtula bilmir. Biz də oturub onların mərəzdən sağalacağı günü gözləyə bilmərik və dövlətimiz bu istiqamətdə müvafiq addımlar atmaqda davam edir. Bu yerdə, təbii olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın UNESCO və digər beynəlxalq platformalarda milli sənətimizi, mədəni irsimizi yüksək səviyyədə, prinsipial və ardıcıl şəkildə təbliğ etdiyini minnətdarlıqla xatırlatmalıyam. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən müxtəlif layihələr milli sənətə dönüş̧, gənclərimizin milli irsə vaqifliyi və bu kimi vacib sahələri inkişaf etdirilməsi işində vacib rol oynayır. “Azərxalça”nın genişlənən fəaliyyəti də bu addımlarla yaxından səsləşir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti” VİDEO

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti” VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi VİDEO

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir VİDEO

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir VİDEO

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır