İDMAN


Azərbaycan əsilli idmançı Latviyada çempion olub

Riqa,15 yanvar, AZƏRTAC

Latviyanın paytaxtı Riqa şəhərində cüdo üzrə çempionat start götürüb. Azərbaycan əsilli idmançı Əbülfəz Nəsirov yarışda çempion olub.

AZƏRTAC xəbər verir ki, kişilər arasında 73 kiloqram çəkidə mübarizə aparan Latviya vətəndaşı, Azərbaycan əsilli idmançı Əbülfəz Nəsirov rəqiblərinə qalib gələrək birinci yerə çıxıb və qızıl medala layiq görülüb.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov idmançını qələbə münasibətilə təbrik edib, ona gələcək yarışlarda uğurlar arzulayıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.