ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin kitabları ABŞ-da çap olunub

Bakı, 5 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun “Azərbaycanın etnik və siyasi tarixi” və “Azərbaycanın tarixi xəritələri” adlı kitabları ABŞ-da (Raley şəhəri, Şimali Karolina ştatı) nəşr olunub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın əməkdaşı Fatma Fərəcova tərəfindən ingilis dilinə tərcümə edilmiş həmin kitabların redaktoru Maykl Brannokdur.

Nəşrlərdə Azərbaycanın etnik və siyasi tarixi ən qədim zamanlardan müasir dövrə qədər tədqiq edilib. Kitablarda eramızdan əvvəlki minillikdə ölkəmizin ərazisində yaşayan türk mənşəli tayfalar, Azərbaycan xalqının yaranması, mövcud olan Azərbaycan dövlətləri, hökmdarları və prezidentləri barədə məlumatlar verilib.

Azıx mağarası Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu göstərir. İ.Məmmədovun ABŞ-da çıxan bu əsərlərində xalqımızın qədimdən bəri keçdiyi yola, azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizəsinə, siyasi və etnik mənzərəsinə təkzibedilməz faktlar və sübutlar əsasında aydınlıq gətirilib. Bu kitablar dünya xalqlarının Azərbaycan həqiqətlərini öyrənməsi üçün maraqlı olacaq. Kitabda yer alan obyektiv məlumatlar elmi, tərbiyəvi və siyasi baxımdan əhəmiyyətlidir.

Qeyd edək ki, İ.Məmmədov uzun illərdir tarixi tədqiqatlarla məşğul olur. O, dörd cilddən ibarət “Azərbaycan tarixi” adlı əsərini oxuculara təqdim edib. Əsərləri İstanbul, London, Raley və digər şəhərlərdə çap olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.