ELM VƏ TƏHSİL


BDU-nun alimləri Oksford Universitetinə dəvət olunublar

Bakı, 12 aprel, AZƏRTAC 

Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinin hesablama riyaziyyatı kafedrasının professoru Vaqif İbrahimov və həmin kafedranın dosenti Mehriban İmanova Oksford Universitetinin təşkilatçılığı ilə aprelin sonunda keçiriləcək konfransda iştirak etmək üçün dəvət alıblar.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Hesablama riyaziyyatının müasir istiqamətləri” mövzusunda konfransda alimlərin çıxışları və təqdim etdikləri məqalələrin nüfuzlu jurnallarda dərc edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, martın 14-15-də Oksford Universitetində texniki elmlərin müasir istiqamətlərinə dair təşkil olunan konfransa 40-dan çox ölkənin alimləri elmi məqalələrlə müraciət etsə də, yalnız 27 faizi, o cümlədən V.İbrahimovun və M.İmanovanın məqaləsi qəbul olunub. Alimlər həmin konfransda çıxış ediblər.

Ümumiyyətlə, son illər hesablama riyaziyyatı kafedrasının professoru Qalina Mehdiyevanın rəhbərliyi ilə kafedranın əməkdaşları xaricdə Azərbaycan elmini uğurla təmsil edirlər. Belə ki, bundan əvvəl M.İmanova Kembric Universiteti (Böyük Britaniya), Nanyan Universiteti (Sinqapur), Yunanıstanın Rodos şəhərində fəaliyyət göstərən Konfrans Mərkəzi, İmperial Kolleci (Böyük Britaniya) və digər elmi mərkəzlərdə uğurlu çıxışlar edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.