Balakənli gənclər “Adları dəyişməklə tarix dəyişmir” adlı aksiya keçiriblər










Balakən, 17 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyinin həyata keçirdiyi layihələr içərisində vətənpərvərlik mövzusu xüsusi yer tutur. Bu da təsadüfi deyildir. Ermənistan silahlı qüvvələrinin son təxribatlarına cavab olaraq işğal altında olan torpaqlarımızın mənfur düşməndən azad edilməsi uğrunda müharibənin davam etdiyi bir vaxtda yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir.
Nümayəndəliyin rəhbəri Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənclərin iştirakı ilə reallaşan “Adları dəyişməklə tarix dəyişmir” adlı aksiya doğma Qarabağımızı daha yaxından tanımaq və tanıtmaq məqsədi daşıyıb. Aksiya zamanı gənclər düşmən tərəfindən işğal edilmiş rayonların əsl tarixi adlarının qeyd olunduğu plakatları şəhərin müxtəlif yerlərində nümayiş etdiriblər.
Aksiya vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.