MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzində “Təəssürat” adlı konsert

Bakı, 23 may, Ceyhun Alışlı, AZƏRTAC

Mayın 23-də Beynəlxalq Muğam Mərkəzində tanınmış qarmon ifaçısı, Xalq Artisti Ənvər Sadıqov “Təəssürat” adlı konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, “Qaytağı” instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsertdə Azərbaycan ilə yanaşı, dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib. Sənətkar tərəfindən məharətlə ifa edilən “Üç gündən bir, beş gündən bir”, “Arı uçuşu”, “Ay nanə”, “Vals papuri”, “Uzun dərə”, “Şalaxo”, “Lay-lay”, “Samba”, “Naxçıvan”, “Təəssürat”, “Nueva”, “Çahargah rapsodiyası”, “İthaf” və başqa əsərlər yerli və xarici tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertdə sənətkarı Əməkdar artistlər Ələkbər Ələkbərov (tar), Emil Həsənov (bas-gitara), Emil Əfrasiyab (piano) müşayiət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.