DÜNYA


Bruno Le Meyr: Müttəfiqləri nəzərə almadan qəbul ediləcək qərarlar nəticəsiz qalacaq

Roma, 21 oktyabr, AZƏRTAC

Berlin, Roma, Paris və Brüsseldə qəbul edilən bütün qərarlar bizə və avrozonanın digər ölkələrinə təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Meyr gələn il İtaliyanın büdcə kəsirinin ümumi daxili məhsula (ÜDM) olan nisbətini 2,4 faiz qaldırmağı nəzərdə tutan büdcə layihəsi haqqında verilən suala cavab olaraq “Radio Classique”ə bildirib.

O, dövlətlərin vahid valyutaya sahib olan digər ölkələri nəzərə almadan qərarlar qəbul edəcəyi təqdirdə avronun sarsılma riski olacağı barədə xəbərdarlıq edib.

"Müttəfiqləri nəzərə almadan qəbul edilən qərarlar nəticəsiz qalacaq. Onlar avrozonanı zəiflətməkdən başqa bir şey etməyəcəklər”, – deyə Fransanın iqtisadiyyat və maliyyə naziri qeyd edib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.