Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çingiz Hüseynzadə: Atletlərimizin Tokio Olimpiadasına 3-4 lisenziya qazanacaqlarına ümid edirik

Çingiz Hüseynzadə: Atletlərimizin Tokio Olimpiadasına 3-4 lisenziya qazanacaqlarına ümid edirik

Bakı, 26 dekabr, AZƏRTAC

Hazırda atletlərimizin ən böyük hədəfi 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır. Ümid edirik ki, atletlərimiz “Tokio 2020”yə 3-4 lisenziya qazanacaqlar.

Bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Cari ildə əldə olunan uğurlardan danışan Ç.Hüseynzadə deyib ki, bu il digər idman növləri kimi, atletika üçün də uğurlu il olub. İl ərzində ölkəmizdə atletika üzrə ikisi beynəlxalq olmaqla, 20 yarış keçirilib. Bir çox beynəlxalq yarışlarda atletlərimiz iştirak edərək uğurlar qazanıblar. Cari ildə idmançılarımız Şotlandiyanın Qlazqo şəhərində qış Avropa çempionatında, İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Yay Universiadasında və digər beynəlxalq turnirlərdə 22 medal qazanıblar. Bu medallardan 4-ü qızıl, 9-u gümüş, 9-u isə bürüncdür. İl ərzində ən yaxşı nəticə göstərən idmançımız üçtəkanla tullanma növündə mübarizə aparan Nazim Babayev olub. Atletimiz Yay Universiadasında və Qış Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycan bayrağını zirvələrə yüksəldib.

Atletlərin 2020-ci ildəki hədəflərindən danışan Ç.Hüseynzadə vurğulayıb ki, idmançılarımızın “Tokio 2020”də əsas hədəfi təkcə iştirak deyil, bəzi növlərdə finala vəsiqə qazanaraq medal əldə etməkdir. Çəkicatma növündə mübarizə aparan Anna Skidan artıq Olimpiya Oyunlarına vəsiqə qazanıb. İdmançılarımızdan ən böyük ümidimiz Nazim Babayevdir. Düşünürəm ki, Nazim Babayev ən yaxın zamanda, hətta martda keçiriləcək qış Avropa çempionatında bu lisenziyanı təmin edəcək. Eyni zamanda, üçtəkanla tullanma növündə mübarizə aparan digər idmançımız Aleksis Kopellodan da nəticə gözləyirik. Onun nəticələri çox yaxşıdır. A.Kopello lisenziya qazana bilməsə belə, onun reytinqə görə Olimpiadaya vəsiqə qazanma ehtimalı böyükdür. Marafonçu Evans Kiplaqat da iddialı idmançılarımızdandır. Digər idmançılarımız da lisenziya qazanmaq üçün cəhd edəcəklər. Lisenziya yarışları yeni ildən başlayacaq. Federasiyamız atletlər hər cür şəraiti yaradıb.

“Atletika idmanı dünyada çox məşhurdur. Təəssüf ki, ölkəmizdə atletikaya maraq güləş, cüdo və digər döyüş növlərində olduğu kimi deyil. Atletika hər bir şəxsin məşğul ola biləcəyi idman növüdür. Bu səbəbdən biz idmanın bu növü ilə məşğul olmaq istəyənlər üçün şərait yaradır, atletikanı daha çox inkişaf etdirməyə, onun kütləviliyini artırmağa çalışırıq. Əsas məqsədimiz gələcəkdə atletikanı ölkəmizin regionlarında inkişaf etdirməkdir. Regionlarımızda bir sıra Olimpiya, dünya və Avropa çempionları yetişiblər. İnanırıq ki, gələcəkdə regionlarımızda da uğurlu nəticələr qazanan atletlərimiz yetişəcəklər. Hazırda məqsədimiz atletika üzrə ölkə çempionatlarına rayonlardan olan məktəbli və gəncləri cəlb etməkdir. Federasiyamız növbəti illərdə onların Bakıda məşq etmələri üçün şərait yaradacaq. Ümid edirik ki, bir neçə ildən sonra biz Azərbaycanda atletikanı daha çox inkişaf etmiş, populyar bir idman növü kimi görəcəyik”, - deyə Ç.Hüseynzadə vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şanlı zirvəsidir RƏY

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

BMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub

Gürcüstan və Türkiyə rəsmiləri Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Keniyada internat məktəbində baş verən yanğında 16 şagird ölüb

Rumın dilinə tərcümə olunmuş “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olub

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

Burhanettin Duran: Əməkdaşlığımız regional sabitlik üçün önəmlidir

Küveyt raket və PUA hücumuna məruz qalıb

Azərbaycan minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

KOBİA: Azərbaycan məhsulları premium seqmentdə öz yerini tutmaqdadır - MÜSAHİBƏ

Dövlətimizin günü-gündən artan uğurları Azərbaycan Xalq Cümhuriyyətinə bir ithafdır - ŞƏRH

Çin və Serbiya valyuta mübadiləsi müqaviləsini yeniləyib

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib

Şahin Bayramov: Qarabağ Universitetinin fəaliyyəti müstəqil dövlətimizin qüdrətinin mühüm göstəricisidir

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

Müstəqillik Günü münasibətilə Varşavada rəsmi qəbul təşkil olunub

Şəki teatrı bayram günlərində məktəbli tamaşaçıları yeni tamaşa ilə sevindirir

Müqəddəs Taxt-Tacda 28 May – Müstəqillik Günü qeyd olunub

"Sabah" slovakiyalı hücumçu ilə vidalaşıb

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

AQTİ-nin səyyar laboratoriyaları Cəbrayıl və Füzulidə operativ xidmət göstərib

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB VİDEO

Vyanada “Kəlbəcərin zərif irsi – məfrəş“ adlı xüsusi moda nümayişi təşkil olunub

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

Çin Avropa İttifaqının yeni polad tariflərinə dair danışıqlar aparır

Batumidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Milli Müdafiə Nazirliyi: İstiqlal ruhu Türkiyə və Azərbaycan xalqlarının qəlbində yaşayır

Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB

Yaponiya parlamenti milli kəşfiyyat bürosunun yaradılması ilə bağlı qanun qəbul edib

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni aqrar inkişaf strategiyasında əsas mərkəzlərdən birinə çevrilir - ŞƏRH

Numan Kurtulmuş: Ümidvaram ki, Azərbaycanın müstəqilliyi əbədi olacaq

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib VİDEO

BMT: Qlobal temperatur 2030-cu ilə qədər rekord həddə qalacaq

Avropa Mərkəzi Bankı inflyasiyanın davam edəcəyi qənaətindədir

Almaniya XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Ukraynanın vitse-spikeri: Bu yay Bakı daha 120 ukraynalı uşağı qarşılayacaq

İstilik dalğaları Almaniya iqtisadiyyatına 100 milyard avrodan çox zərər vura bilər

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Türkiyədən qardaş Azərbaycana daha bir bayram təbriki

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq

Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbdan

Bu saata olan əsas xəbərlər

Şimali Kipr XİN: Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycanın gücü durmadan artır

Zaur Cəfərov pauerliftinq üzrə Avropa çempionatına baş hakim təyin olunub

Bişkekdə 28 May – Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və sevincini ürəkdən paylaşırıq

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Zati-aliləri cənab Abiy Əhməd Əliyə

Agentlik: Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 10600-dək şəxsin məşğulluğu təmin edilib

Serdar Ünsal: Müstəqillik məşəli Azərbaycanın gənc nəsli üçün ilham mənbəyidir

Çində avtomobil qəzasında 13 nəfər ölüb

Premyer Liqada çıxış etmək uğrunda pley-off oyunu: "Qəbələ" "Mingəçevir"ə qarşı

Dunay çayının sahilində Müstəqillik Gününə həsr olunmuş tədbir

Naxçıvan şəhərində fermer və sahibkarların elektrik enerjisinin verilişi ilə bağlı müraciətləri dinlənilib

Azərbaycan minifutbol millisi Avropa çempionatında mübarizəyə başlayır

Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub VİDEO

Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub VİDEO

Deputat: Regionların güclənməsi insanların doğma torpaqlarına bağlılığını daha da artırır – ŞƏRH

Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil Azərbaycana uzanan şərəfli yol ŞƏRH

Cümhuriyyət xadimlərinin irsində 28 May istiqlalı: Mühacirət təfəkkürünün elmi-publisistik salnaməsinə bir nəzər

Dünya bazarında qızıl 64 dollar ucuzlaşıb

Dünya birjalarında neft bahalaşıb

28 May – Müstəqillik Günü münasibətilə Sarayevoda rəsmi qəbul və konsert proqramı təşkil edilib

Azərbaycan nefti 102 dollara satılır

Azərbaycan Xalq Cümhuriyyəti şərəfimiz və qürur mənbəyimizdir

ABŞ Dövlət katibi: Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə sadiqliyini alqışlayırıq

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib

İqor Jovkva: Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl dəstəkləyən strateji tərəfdaşımızdır

Peru Konqresi Müstəqillik Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib

Perunun paytaxtında musiqili fəvvarələr Azərbaycan Bayrağının rənglərinə bürünüb

Azərbaycanın memarlıq siması qədimliklə müasirliyin təbii vəhdətini yaradır - ŞƏRH

Müsəlman Şərqinin ilk respublikasından qüdrətli Azərbaycana

Argentinada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Tbilisidəki teleqüllə və "Sülh körpüsü" Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Fransa və Norveç qarşılıqlı müdafiə sazişi imzaladı

Alyaska sahillərində 5,6 bal gücündə zəlzələ olub

Media: Avropa ölkələrində ukraynalı qaçqınlara dəstək sürətlə azalır

ABŞ BMT-nin xüsusi məruzəçisinə qarşı yenidən sanksiya tətbiq edib

ABŞ İranın cənubundakı hərbi obyektə zərbə endirib

Media: Almaniya Polşadan ukraynalı qaçqınların axınından narahatdır

Pentaqon rəhbəri: Razılaşma olmasa, İrana qarşı əməliyyatlar bərpa olunacaq

Azərbaycanın Müstəqillik Günü münasibətilə Berndə rəsmi qəbul təşkil edilib

İsrail ordusu Qəzzada binaya zərbə endirib: 7 ölü, 18 yaralı

"Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olub

Çimərlik güləşi üzrə Azərbaycan millisi 4 medalla Avropa çempionu olub

Paşinyan: Ermənistandan yeni tranzit qaz kəməri keçəcək