REGİONLAR


Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş əraziləri AZƏRTAC-ın fotoobyektivində VİDEO

Cəbrayıl, 16 oktyabr, A.Yavər, foto A.Məmmədov, AZƏRTAC

Azərbaycanın mətbuat nümayəndələri erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda olublar.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam edilmiş müxbiri xəbər verir ki, jurnalistlər Cəbrayıl rayonunda işğalın izləri ilə tanış olub, erməni vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər.

Silahlı Qüvvələrimizin zabiti Elşad Əbilov AZƏRTAC-ın müxbirinə açıqlamasında bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Sentyabrın 27-də təxribat törədən düşmən dinc əhalini atəşə tutdu və buna cavab olaraq hücuma keçən ordumuz torpaqlarımızın bir hissəsini işğaldan azad etdi. Hazırda yüksək döyüş ruhunda olan ordumuz uğurlu əməliyyatlarını davam etdirir. Hər bir əsgər və zabit Vətən torpağını azad etmək üçün döyüşür. İşğalda olan bütün torpaqlarımızı azad edəcəyik.

Elşad Əbilov, həmçinin əlavə edib ki, Ermənistan hərbçiləri azərbaycanlı dinc əhalini mütəmadi olaraq atəşə tutur. Buna baxmayaraq, Azərbaycan əsgəri erməni dinc əhaliyə heç bir atəş açmır.

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.