Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Sahibkarlığın kreditləşməsində yeni mexanizmlər tətbiq olunacaq

Deputat: Sahibkarlığın kreditləşməsində yeni mexanizmlər tətbiq olunacaq

Bakı, 7 iyul, AZƏRTAC

Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası təsdiq olunub və fondun nizamnaməsində dəyişikliklər edilib. AZƏRTAC Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin dəyişikliklərlə bağlı müsahibəsini təqdim edir.

- Tahir müəllim, yeni qaydaların təsdiqi və nizamnamədə edilən dəyişikliklər hansı zərurətdən irəli gəlib?

- Pandemiyanın iqtisadiyyata vurduğu zərərin ölçülməsi ilə bağlı həm dünyada, həm də Azərbaycanda müxtəlif təhlillər aparılır. Bu ilin 5 ayı ərzində xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə görülən məhdudlaşdırıcı tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı itki ilə üzləşib, ümumi daxili məhsul 1,7 faiz azalıb. Bu o deməkdir ki, iqtisadiyyatda zərərlə üzləşmiş bir çox sahələrdə yeni dəstək mexanizmlərinin tətbiqinə zərurət yaranıb. Xatırladım ki, hələ bir neçə ay əvvəl Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək mexanizmi vasitəsilə büdcədən 1 milyard manat vəsait ayrılıb və bu məbləğ 3,5 milyard manata çatdırılıb.

Hazırlanmış proqramlar əsasən 3 istiqaməti özündə birləşdirir. Birinci istiqamət pandemiyadan zərərçəkmiş sahibkarlara birbaşa verilən kompensasiyalardır ki, artıq həyata keçirilib. Üstəlik, fərdi sahibkar kimi 130 min sahibkar bu dəstəkdən faydalanıb. Bu mexanizm çərçivəsində pandemiyadan zərərçəkmiş sahələrdə çalışan sahibkarlara işçilərini ixtisar etməməsi üçün əməkhaqqının böyük bir hissəsi dövlət tərəfindən ödənilib, təxminən 210 min muzdlu işçi bundan faydalanıb. İkinci istiqamət daha uzunmüddətli, bütövlükdə 2020-ci ili əhatə edən vergi və sosial sığorta haqlarının ödənilməsini əhatə edir. Qanunvericilikdə edilən dəyişikliklərə görə cari il ərzində sahibkarların böyük bir hissəsi üçün vergi dərəcələrinin, sığorta haqlarının aşağı salınması, vergi ödənişlərində müddətlərin verilməsi və cərimələrin hesablanması təmin edilib. Üçüncü istiqamət yeni layihələr həyata keçirməyə çalışan, yeni iqtisadi artım mənbələri yaradan, eyni zamanda, postpandemiya dövründə iqtisadi artıma dəstək verə biləcək sahələri əhatə edir. Pandemiyanın təsirinə məruz qala biləcək sahələrin dəstəklənməsi üçün əlavə maliyyə resurslarının, xüsusilə güzəştli maliyyə resurslarının sahibkarlara təqdim edilməsi aktual vəzifələrdəndir.

Sahibkarlar bir çox hallarda kredit götürdükləri zaman ya zəmanət mexanizmlərindən çətinlik çəkirdilər, ya da faizlərin yuxarı olmasından şikayət edirdilər. İndiki halda sahibkarların daha qısa müddətə daha güzəştli kreditlər əldə etmələri üçün yeni mexanizmlər hazırlanıb və bu da İqtisadiyyat Nazirliyi Sahibkarlığa İnkişaf Fondunun kredit vermək qaydalarında dəyişikliklərdə öz əksini tapıb.

- Əsas dəyişikliklər nədən ibarətdir?

- Pandemiyanın təsirinə məruz qalan sahələrin, xüsusilə ictimai iaşə, turizm, otelçilik, fərdi təlim, təhsil sahələrinin fəaliyyətinin davam etdirilməsi və yeni layihələrin həyata keçirilməsi məqsədilə maliyyə vəsaitinin dövlət tərəfindən güzəştli şərtlərlə təqdim edilməsi üçün bir neçə mühüm güzəşt mexanizmi var. Birinci mexanizm ondan ibarətdir ki, sahibkarların zəmanət, yəni girov qoymaq kimi bir problemlə üzləşməməsi üçün götürdükləri kredit məbləğinin 60 faizi dövlət tərəfindən zəmanətlə təmin olunacaq. Bu kreditlərin 3 milyon manat həddini, müddəti isə 3 ili keçməməlidir. Problemin digər tərəfi faizlərin yüksək olması ilə bağlıdır. Yeni qaydalara əsasən, kreditlərin illik faizlərinin 50 faizi dövlət tərəfindən ödəniləcək. Burada mühüm şərt götürülən kreditlərin illik faizinin 15 faizi keçməməsidir.

Bu iki istiqamət - həm zəmanət məsələsinin həlli, həm də faizlərin yarısının dövlət tərəfindən ödənilməsi kiçik və orta sahibkarlığın, xüsusilə pandemiyanın zərərinə məruz qalmış xidmət sahələrinin ayaqda qalmasına və postpandemiya dövründə yeni layihələr həyata keçirmək üçün hazır olmalarına çox böyük dəstək olacaq.

Ümumi yanaşma postpandemiya dövründə sürətli inkişaf mərhələsinə keçməkdir. Kreditlərin verilməsi mexanizmi tam elektronlaşdırılıb. Bu o deməkdir ki, sahibkarlara kredit verilməsi qısa müddət ərzində, daha müasir texnologiyalardan istifadə etməklə mümkün bürokratiyanı aradan qaldırır.

- İnformasiya və kommunikasiya texnologiyalarının idarəetmədə geniş tətbiqi bu gün və postpandemiya dövrü üçün aktual tələblərdəndir...

- İnformasiya texnologiyalarının, elektron idarəetmə sistemlərinin tətbiqi ilə, innovasiyalardan geniş istifadə etməklə mövcud böhrandan sürətlə və az itki ilə çıxmağa və böhrandan sonrakı dövrdə də sürətli inkişafa nail olmaq mümkündür. İndiki halda sahibkara verilən kreditlərin elektron sistem üzərindən qurulması, onlayn kreditlərin verilməsi yaranmış iqtisadi şəraitin reallığıdır. Sahibkara elektron formada kredit əldə etmək imkanının yaradılması bu vəsaitlərin qısa müddət ərzində daha əhatəli olacağına, daha çox sahibkarlıq subyektlərinə çatacağına imkan yaradacaq. Onu da deyim ki, kredit resurslarının əlçatan olması Azərbaycan dövlətinin hər zaman ciddi əhəmiyyət verdiyi mühüm məsələlərdən olub. Dövlət bu istiqamətdə indiyədək 2 milyard manatdan çox vəsait xərcləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir