DÜNYA


Finlandiya Türkiyə ilə görüşdə NATO-ya üzvlüklə bağlı irəliləyiş əldə etməyib

Bakı, 21 iyun, AZƏRTAC

Finlandiya Türkiyə ilə görüşdə əsaslı irəliləyiş əldə etməyib və çox güman ki, sentyabr ayınadək NATO-ya üzv ola bilməyəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistyö Helsinkidə Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında deyib.

“Görüşdə xüsusi irəliləyiş əldə olunmasa da, diskussiyanın başlamasından razıyıq. Mən dəqiq müddət bildirmək istəməzdim, amma çətin ki, biz sentyabradək bunu həll edə bilək”, - deyə Finlandiya prezidenti Avropa Parlamentinin mətbuat xidməti tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

“Görüş imkanı əldə etməyin özü artıq irəliləyişdir. Danışıqların təşkili uzun çəkdi. Biz görüşlərin davam etdirilməsi məsələsində razılığa gəldik”, - deyə Sauli Niinistyö əlavə edib.

Qeyd edək ki, iyunun 20-də NATO-nun Brüsseldəki mənzil-qərargahında üç ölkənin nümayəndələri Finlandiya və İsveçin alyansa qoşulması məsələsində irəliləyişə nail olmaq məqsədilə Türkiyənin qaldırdığı təhlükəsizlik problemlərini müzakirə edib. Ankaranın terrorla bağlı narahatlığının əsaslı olduğunu deyən NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, görüş konstruktiv alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.